Dünya Bankı (DB) 2013-cü ildə Azərbaycanda ÜDM artımını 4,8% səviyyəsində proqnozlaşdırır. Bu barədə DB-nin iyun ayına olan “Qlobal iqtisadi perspektivlər” (Global Economic Prospects) adlı məruzəsində qeyd edilir.
Xəbər verildiyi kimi, yanvar ayında DB Azərbaycanda 2013-cü il üçün ÜDM artımını 4,2% səviyyəsində proqnozlaşdırmışdı.
2014-cü ildə bank Azərbaycanın iqtisadi artımını 4,8% (yanvar proqnozu - 3,7%) səviyyəsində proqnozlaşdırır.
DB 2015-ci ildə Azərbaycanda ÜDM artımını 2,9% (yanvar proqnozu - 3,6%) səviyyəsində proqnozlaşdırır.
DB-nin proqnozlarına əsasən, 2013-cü ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 13,6%-ni (yanvar proqnozu - ÜDM-in 12,4%-i), 2014-cü ildə 11,9%-ni (yanvar proqnozu - ÜDM-in 11,4%-i), 2015-ci ildə 9,4%-ni (yanvar proqnozu - ÜDM-in 9,9%-i) təşkil edəcək.
Azərbaycan hökuməti 2013-cü ildə ÜDM artımını 5,3% proqnozlaşdırır.
Asiya İnkişaf Bankı (AİB) 2013-cü ildə ÜDM artımını 3,1%, 2014-cü ildə 4,8% səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq Valyuta Fondu (BVF) 2013-cü ildə Azərbaycanda ÜDM artımını 4,1%, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2013-cü ildə 3,5%, 2014-cü ildə 4% səviyyəsində proqnozlaşdırır.
2012-ci ilin yekunlarına əsasən, Azərbaycanda ÜDM 2,2% artıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət