Erkən nikah problemi təkcə respublika regionlarında deyil, həm də Bakıda mövcuddur. Bu barədə parlamentin vitse-spikeri Bahar Muradova Bakıda keçirilən Azərbaycan qadınlarının IV qurultayında bəyan edib.
“Qurultay iştirakçılarını bu problemin həllinə ciddi yanaşmağa çağırıram”, - deyə B.Muradova bildirib.
O vurğulayıb ki, hazırda respublikada qadınların üç problemi var: ərdə olan yetkinlik yaşına çatmamış qadınların təhsildən uzaq qalması, məişət zorakılığı və erkən nikahlar. Onun sözlərinə görə, Azərbaycanda qadınların azad şəkildə fəaliyyət göstərmələrinə imkan yaradan bir sıra qanunlar qəbul edilib.
“Hesab edirəm ki, ən böyük cinayət odur ki, yetkinlik yaşına çatmayan qadın ərə gedərkən, maddi olaraq öz ərindən asılı vəziyyətə düşür. Bundan əlavə, yetkinlik yaşına çatmayan gənc qadın təhsil almadan ölkə üçün necə savadlı vətəndaş böyüdüb ərsəyə gətirə bilər?”, – B.Muradova deyib.
Vitse-spiker qadına qarşı məişət zorakılığı törədən kişiləri qəddar adlandırıb.
“Biz belə kişilərə qarşı birgə mübarizə aparmalıyıq. Qadın özü də belə hallarla mübarizə apara bilmək üçün özündə güc tapmalıdır. Lakin qadınlar heç zaman öz problemlərini kişilərsiz cəmiyyətdə həll edə bilməzlər”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan ənənələrində ailədə qadına əl qaldırmaqla bağlı göstəriş yoxdur. O vurğulayıb ki, əksər hallarda yoxsulluq və işsizliyi, sosial problemləri qadınların problemi adlandırırlar. “Əslində bu, cəmiyyət və dövlətin problemləridir. Dövlət bu problemlərin həllini diqqətdə saxlayır. Bununla əlaqədar dövlət proqramları və layihələr həyata keçirilir. Statistik göstəricilərə əsasən, məişət zorakılığı ilə bağlı cinayətlərin sayı azalır, lakin problem qalır”, - deyə vitse-spiker bildirib.
B.Muradova qeyd edib ki, qadınlarla bağlı hazırkı dövlət siyasətini ümummilli lider Heydər Əliyev formalaşdırıb.
“Azərbaycan xalqı bu siyasəti dəstəkləyir. Hesab edirəm ki, dövlətin hazırkı siyasəti prezidentin düzgün kursunun nəticəsidir. “Güclü Azərbaycan, güclü lider” şüarını dəstəkləmək lazımdır”, - deyə o vurğulayıb.
O, firavan cəmiyyətin yalnız güclü dövlətdə və yalnız güclü lider tərəfindən qurulmasının mümkün olduğuna əminlik ifadə edib.
“Zəngin tarix və mədəniyyət, iqtisadi və siyasi nailiyyətlər, siyasi ideyalar və cəmiyyətin aktiv fəaliyyəti Azərbaycana dünya birliyinin bir hissəsi olmağa kömək edəcək”, - deyə B.Muradova bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət