Əmlak Məslələri Dövlət Komitəsi (ƏMDK) Sumqayıt şəhərində daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi ilə bağlı pilot layihənin reallaşdırılması üçün podratçı seçir. Bu barədə komitənin elanında bildirilir.
Bu layihənin həyata keçirilməsi Dünya Bankının krediti hesabına maliyyələşdirilən “Daşnmaz əmlakın qeydiyyatı” layihəsinin bir hissəsidir.
Görüləcək işlərə bazar məlumatlarının və bazar məlumat bankının toplanılması üçün sistemin yaradılması, kütləvi qiymətləndimə üçün zona dəyər xəritəsinin hazırlanması, qiymətləndirmə modellərinin yaradılması və qiymətləndirmənin aparılması daxildir.
Tenderdə iştirak haqqı 150 manat ($200) təşkil edir.
Tenderdə iştirak etmək istəyən şirkətlər 2013-cü il iyulun 18-nə qədər təkliflərini təqdim etməlidirlər. Tender proseduru da iyulun 18-də keçiriləcək.
2007-ci ilin martında DB-nin Direktorlar Şurası Azərbaycana “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi üzrə $30 mln. məbləğində kreditin verilməsini təsdiq edib. Layihənin məqsədi daşınmaz əmlakın qeydiyyatı sistemində etibarlılığı, şəffaflığı və effektivliyi təmin etməkdir. Layihənin reallaşdırılması üçün daha $8 mln. vəsait Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Bu layihə 4 komponentdən ibarətdir: daşınmaz əmlakın qeydiyyatı; dövlət mülkiyyətinin idarə olunmasının yaxşılaşdırılması; mülkiyyətin avtomatlaşdırılmış qeydiyyatı və dövlət mülkiyyətinin idarə olunması sistemləri üçün xəritəyə kadastr məlumatlarını da daxil etməklə geodeziya yeniliklərinin tətbiqi. Dördünçü komponent treninqlərin keçirilməsidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət