Azərbayanda hər il 1-1,5 min narkoman uçota alınır. Bu barədə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev 26 iyun - “Narkotiklərin sui-istifadəsi və qanunsuz dövriyyəsi əleyhinə Beynəlxalq Gün” münasibətilə “Narkomanlıqla mübarizədə gənclərin rolu” mövzusunda konfransda bəyan edib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin rəsmi statistikasına əsasən, ölkədə narkotik istifadəçilərinin sayı 27 910 nəfər təşkil edir (2011-ci ildə - 26 717 nəfər), onların 21 999 nəfəri dispanser, 5911 nəfəri profilaktik qeydiyyatda olanlardır. Bununla yanaşı, anonim qeydiyyata alınanların sayı 567 nəfər təşkil edir.
“Rəsmi statistikaya görə, son beş ildə Azərbaycanda narkotiklərdən istifadədə yaş həddi 30-dan 17-yə düşüb. Aparılan araşdırmalar zamanı isə regionlarda, xüsusilə cənub regionunda hətta 14-15 yaşlı yeniyetmələrin də narkotikdən istifadə etməsi hallarına rast gəlinib. Bu isə ciddi narahatlıq doğurur”, - deyə M.Əfəndiyev çərşənbə axşamı Bakıda keçirilən konfransda vurğulayıb.
O qeyd edib ki, 2012-ci ildə Azərbaycanda qeyri-qanuni dövriyyədən 1,371 ton narkotik vasitə çıxarılaraq məhv edilib.
M.Əfəndiyev həmçinin vurğulayıb ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri ermənilər tərəfindən narkotik maddələrin becərilməsi və dövriyyəsi məqsədilə fəal şəkildə istifadə olunur.
“Bir neçə həftə ərzində Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində işğal olunmuş ərazilərdə narkotik tərkibli bitkilərin qanunsuz becərilməsinə dair yeni faktlar aşkar edilib”, - deyə o xatırladıb.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri qeyd edib ki, BMT-nin məlumatına əsasən, bu gün dünyada 208 milyon insan bu və ya digər formada narkotiklərdən istifadə edir, bu isə Yer kürəsi əhalisinin 4,8%-ni təşkil edir; narkotik maddələrdən asılılığı olan vətəndaşların 26 milyon nəfəri narkotikdən gündəlik istifadə edir. Narkomanların əksəriyyəti – 165 milyon nəfər yüngül narkotik növü olan marixuanadan istifadə edirlər.
Aparılan araşdırmalar heroin, tiryək kimi ağır növlərdən də istifadənin çoxaldığını göstərir. Həmçinin narkotik bitkilərin əkildiyi sahələr də artır. Hazırda onlar 238 min hektar təşkil edir (2009-cu ildə 234 min hektar).
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu gün Azərbaycanda narkomaniyanın “cavanlaşması” tendensiyası müşahidə edilir.
“Azərbaycanda narkomanların 17%-ni gənclər təşkil edir. Bu, digər ölkələrdə olduğundan azdır. Lakin bu, bizi çox narahat edən böyük problemdir”, - deyə o qeyd edib.
Nazir müavininin sözlərinə görə, narkomaniya yalnız sosial deyil, həm də iqtisadi problemdir, insanın sağlamlığına ziyan vurur, milli genofonda isə zərbədir. “Bu gün Azərbaycanda bu və ya digər dərəcədə narkomaniya ilə mübarizəyə yönəlmiş dövlət proqramları və layihələr reallaşdırılır. Biz gəncləri narkotiklərdən qorumalıyıq. Biz bu istiqamətdə çalışır və sağlam həyat tərzini təbliğ edirik. Şəxsən mən narkotik alverçisini sadəcə cinayətkar kimi deyil, həm də milli genofonda zərbə vuran şəxs kimi qəbul edirəm”, - deyə İ.Babayev vurğulayıb.
Konfransda həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin Seyidzadə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broyek, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli çıxış ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət