Fövqəladə Hallar Nazirliyinin Qəbələ şəhərində yerləşən Şimal-Qərb Regional Mərkəzində məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika yarışları başlayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, turnir Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə təşkil olunub.
Yarışın açılış mərasimində çıxış edən FHN və yerli administrasiya nümayəndələri bu cür tədbirlərin gənclərin fövqəladə hallara hazırlığı, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşması nöqteyi-nəzərindən önəmini qeyd ediblər.
Yarış kombinə edilən yanğın estafeti, maneələr zolağı, axtarış-xilasetmə işi, gənc ekspertlər və komandaların təqdimatı müsabiqəsi mərhələlərindən ibarət olub.
Qalib komandalara kubok və fəxri fərmanlar veriləcək.
Turnirdə ilk dəfə xarici komandalar iştirak edirlər.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət