Rusiyanın Tver vilayətində SSRİ və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin xatirəsi əbədiləşdirilib. Xatirə lövhəsi müğənninin oxuduğu Vışniy Voloçek şəhərinin incəsənət məktəbinin binasına vurulub. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Lövhənin quraşdırılması üçün sərf olunan vəsait Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti tərəfindən ayrılıb. Açılış mərasimində Ağsaqqallar Şurasının sədri, diasporun prezidenti və vitse-prezidenti, Tver vilayətinin Qanunvericilik Məclisinin deputatları, mer Aleksey Pantyuşkin başda olmaqla Vışniy Voloçekin rəhbərliyi və şəhər sakinləri iştirak ediblər.
M.Maqomayevin uşaqlıq xatirələri Vışniy Voloçek ilə bağlıdır. O, bura 1949-cu ildə gəlib. Onun anası Ayşət Əhmədovna (səhnə təxəllüsü Kinjalova) dram aktrisası olub və bir müddət Vışniy Voloçekdə dram teatrında çalışıb. M.Maqomayev teatr mühitində böyüyb və tərbiyə alıb. Anası oğlunu fortepiano sinfi üzrə musiqi məktəbinə qoyub. Məhz onun müəlliməsi Valentina Şulqina SSRİ, Azərbaycan və Rusiyanın gələcək opera və estrada baritonuna səsini inkişaf etdirməkdə kömək edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət