Moskvada SSRİ-nin və Azərbaycanın xalq artisti, görkəmli musiqi mədəniyyəti xadimi, müğənni və pedaqoq Tamara Sinyavskayaya “Dostluq” ordeni təqdim edilib. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə məşhur müğənni, SSRİ-nin və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya “Dostluq” ordeni ilə təltif edilib. Müğənni Azərbaycan dövlətinin bu yüksək mükafatına “Azərbaycan mədəniyyətinin populyarlaşdırılması sahəsində xidmətlərinə görə” layiq görülüb.
Mərasimdə Rusiya Dövlət Duması sədrinin müavini Lyudmila Şvetsova, məşhur həkim və ictimai xadim, tibb elmləri doktoru, professor Leonid Roşal və başqaları çıxış ediblər.
Tədbir iştirakçıları T.Sinyavskayanın Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmasını yüksək qiymətləndiriblər, müğənnini bu təltif münasibətilə təbrik edərək, əmin olduqlarını bildiriblər ki, Azərbaycan-Rusiya münasibətləri, o cümlədən mədəniyyət sahəsində əlaqələr bundan sonra da inkişaf edəcək.
Tədbirdə Rusiyanın tanınmış mədəniyyət xadimləri, Moskvadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət