2013-cü ilin I yarısında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə profisiti 64,9 mln. manat və ya hesabat dövründə fondun gəlirlərinə nisbətən 4,9% təşkil edib. Bu barədə fondun məlumatında deyilir.
DSMF sədri Səlim Müslümov I yarımilliyin yekunlarına həsr olunmuş kollegiya iclasında qeyd edib ki, hesabat dövründə fondun gəlirləri 1 mlrd. 306,6 mln. manat təşkil edib, bu isə 2012-ci ilin analoji dövrünün göstəricisindən 2,7% çoxdur. Gəlirlər üzrə plan 101,9% yerinə yetirilib.
Onun sözlərinə görə, məcburi sosial sığorta haqları üzrə daxilolmalar 723,8 mln. manat (2012-ci ilin I yarısı ilə müqayisədə artım 11,9%) təşkil edib, proqnoz 103,1% icra edilib.
Özəl sektordan məcburi sosial sığorta haqları üzrə daxilolmalar 462,8 mln. manat (аrtım 19,8%) və ya hesabat dövrü ərzində sosial sığorta üzrə bütün daxilolmaların 63,9%-ni təşkil edib. Proqnoz 121,4% icra edilib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 47,9%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 55,1% artıb.
Fondun sədri qeyd edib ki, 2013-cü ilin I yarısında büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 261 mln. manat təşkil edib.
Qalan gəlirləri dövlət büdcəsindən transfertlər və digər gəlirlər təşkil edib.
DSMF sədri həmçinin qeyd edib ki, 1 iyul 2013-cü il tarixinə Azərbaycanda pensiyanın orta məbləği 153,6 manat, o cümlədən yaşa görə pensiyanın orta məbləği 170,1 manat təşkil edib.
Ölkə üzrə əmək pensiyaçılarının sayı 2013-cü ilin əvvəlinə 1 mln. 270,1 min nəfər olub, bu isə ilin əvvəlinə olan göstəricidən 0,2% azdır.
1 iyul 2013-cü il tarixinə Azərbaycanda 2 mln. 581,586 min nəfər fərdi sosial sığorta hesabına malik olub, bu isə cari ilin əvvəlinə olan göstəricidən 12,6% çoxdur.
DSMF-in 2013-cü il üçün gəlir və xərcləri 2 mlrd. 632,695 mln. manat səviyyəsində təsdiq edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət