Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Bakıda hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışının yekunlarını yüksək qiymətləndirib.
“İdman tarixində ilk dəfə hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışları başa çatıb. Bununla əlaqədar Beynəlxalq Hərbi İdman Şurasının nümayəndələrini, turnir təşkilatçılarını, münsifləri, futbolçuları, komanda və tamaşaçıları təbrik edirəm”, - deyə S.Əbiyev Dünya Futbol Kuboku yarışının təntənəli bağlanış mərasimində bəyan edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Nazir vurğulayıb ki, beynəlxalq idman yarışlarının keçirilməsində böyük təşkilatçılıq təcrübəsi olan Azərbaycan Dünya Futbol Kubokunu da yüksək səviyyədə keçirib.
“Əminəm ki, Beynəlxalq Hərbi İdman Şurası kubok yarışlarına hazırlıq dövründə və gedişində Azərbaycanda qazanılan təcrübədən gələcək fəaliyyətində istifadə edəcək”, - deyə S.Əbiyev qeyd edib.
Nazir birinci Dünya Futbol Kuboku yarışının uğurla keçirilməsinə, bütövlükdə Azərbaycanın ordu idmançılarına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə, hərbçilər arasında birinci Dünya Futbol Kuboku yarışının keçirilməsində Bakı şəhərini seçdiyinə görə Beynəlxalq Hərbi İdman Şurasına, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına minnətdarlığını bildirib.
“Kubok yarışlarında qızıl, gümüş və bürünc medallar qazanan komandaları təbrik edirəm. Digər komandalara gələcək turnirlərdə qələbə arzulayıram”, - deyə S.Əbiyev vurğulayıb.
Onun sözlərinə görə, baxmayaraq ki, turnir iştirakçılarının əsas məqsədi qələbə uğrunda mübarizə olub, çempionatda iştirak və yeni dosluq münasibətlərinin qurulması da mühüm amildir.
“Kubokun Təşkilat Komitəsinin sədri olaraq turnirin uğurla başa çatması münasibətilə təbrik edirəm və yarışlarda nümayiş etdirdikləri prinsipiallıq və ədalətə görə hakimlərə minnətdaram”, - deyə nazir qeyd edib.
“İşğalçı Ermənistan ilə müharibə şəraitində olan Azərbaycanın ordu idmançıları bu yarışda nailiyyət əldə etməklə Silahlı Qüvvələrimizin şəxsi heyətinin mənəvi-psixoloji durumunun və qələbə ruhunun yüksək səviyyədə olduğunu bir daha nümayiş etdiriblər”, - deyə S.Əbiyev vurğulayıb.
Turnirin qızıl medalını İraq, gümüş medalı Oman, bürünc medalı Kot-d’İvuar qazanıb, Azərbaycan isə dördüncü yer tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət