“Şahdəniz-2” və bu layihə ilə bağlı olan digər layihələr Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib çıxaracaq. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bəyan edib.
“İlkin hesablamalara görə, “Şahdəniz-2” və bu layihə ilə bağlı olan digər layihələr Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib çıxaracaq. Təbii ki, bu investisiyalar digər neft sektoruna, neft-qaz sektoruna yaxın olan, o cümlədən xidmət sektoruna da öz müsbət təsirini göstərəcək”, - deyə İ.Əliyev bildirib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi məsələlərinin həlli bu gün Azərbaycansız mümkün deyil. Azərbaycanda verilən qərarlar gələcəkdə də bu məsələ ilə bağlı son sözü deyəcək. Dünyanın diqqəti Azərbaycana yönəldilib. Azərbaycanda verilən qərarlar əminəm ki, bölgənin gələcək enerji xəritəsinə ciddi dəyişikliklər edəcək”, - deyə İ.Əliyev qeyd edib.
““Cənub” qaz dəhlizinin seçilməsi və bu məsələ ilə bağlı “Şahdəniz” konsorsiumunun vahid mövqeyi çox müsbət hal kimi qiymətləndirilməlidir. Bu layihə bizə imkan verəcək ki, öz qaz potensialımızı maksimum dərəcədə realizə edək və bayaq qeyd etdiyim kimi, Azərbaycan iqtisadiyyatına on milyard dollar səviyyəsində ölçülən investisiyalar qoyulacaq”, - deyə dövlət başçısı bildirib.
O deyib ki, beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturunun inkişafı hesabına Azərbaycan logistika mərkəzinə çevrilir.
“Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətə malik olan layihədir. Mən çox şadam ki, Azərbaycan bu layihənin təşəbbüskarı kimi böyük işləri öz üzərinə götürüb və bu gün yolun tikintisi davam edir. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəzərdə tutulmuş vaxtda istismara veriləcək. Bu layihənin iqtisadi baxımdan çox böyük əhəmiyyəti var. Azərbaycan bundan sonra artıq tranzit ölkəyə çevriləcək. Biz öz tranzit imkanlarımızı onsuz da artırırıq. Bu gün artıq bizim tranzit imkanlarımız daha da genişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində bu imkanlar daha da genişlənəcək. Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyət o qədər də böyük əhəmiyyətə malik olmur. Ona görə nəqliyyat infrastrukturuna qoyulan sərmayə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin gələcək iqtisadi və siyasi maraqlarını daha da dolğun şəkildə təmin edəcək. Azərbaycanda, Xəzərdə ən böyük dəniz limanı tikilir. Bu da bizim təşəbbüsümüz idi, buna da böyük ehtiyac var. Nəzərə alsaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti nəticəsində ən azı 10 milyon artıq yük daşınacaq, - yəni, biz bunu gözləyirik, gələcək illərdə bu rəqəm daha da artacaq, - əlbəttə ki, müasir dəniz limanına böyük ehtiyac var. Eyni zamanda, yeni tikilən dəniz limanı Bakıda, şəhərin mərkəzində yerləşən dəniz limanının şəhərdən köçürülməsinə də imkan yaradacaq. O ərazidə ictimai yerlər salınacaq”,- deyə prezident əlavə edib.
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət