Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) üzümün ilkin emalı və şərab istehsalı ilə məşgul olan “Cəlilabad-şərab” SC-nin səhmlərinin 99,97%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
SC-nin 765,477 min səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanmış investisiya proqramı yüksək keyfiyyətli şərab məhsullarının istehsalına yönəldilməlidir. Bununla əlaqədar proqrama yeni üzüm sahələrinin salınması, üzümün müasir səviyyədə ilkin emalının təşkili, yüksəkkeyfiyyətli üzümdən xammal kimi istifadə etmək üçün yerli fermerlərlə əməkdaşlıq, bütün texnoloji sahə məhsullarının keyfiyyətinə nəzarəti beynəlxalq səviyyədə həyata keçirmək məqsədi ilə müasir laboratoriya avadanlığının tətbiqi, məhsul çeşidinin artırılması, iş yerlərinin bərpası və işçilərin sosial təminatına dair təkliflər daxil edilməlidir. Bundan başqa, proqramda bu məqsədlər üçün investisiyaların həcmi və qoyulma müddəti nəzərdə tutulmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 500 min manat köçürməlidir.
Səhmlərin alqı-satqı müqaviləsi müsabiqənin nəticələri təsdiqlənəndən sonra 30 gün müddətində imzalanmalıdır. Daha sonra qalib investisiyaların ümumi həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına köçürməli, müsabiqə təklifində nəzərdə tutulan səhmlərə görə vəsaiti 90 gün ərzində dövlət büdcəsinə köçürməli, əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməlidir.
Müsabiqə üzrə təkliflər 2013-cü il avqustun 28-dək qəbul olunacaq. Təkliflər avqustun 30-da qiymətləndiriləcək.
Xəbər verildiyi kimi, ƏMDK 2008-2011-ci illərdə bu müəssisənin səhmlərini üç dəfə investisiya müsabiqəsinə çıxarıb, lakin alıcı tapılmayıb.
“Cəlilabad-şərab” SC Cəlilabad rayonunda yerləşir. Müəssisə 1981-1983-cü illərdə istismara verilib. SC-də 12 nəfər çalışır.
2013-cü il iyunun 1-nə olan vəziyyət üzrə SC-nin öhdəlikləri 472,973 min manat, debitor borcları 28,710 min manat təşkil edir.
2013-cü il iyunun 1-nə olan vəziyyət üzrə SC-nin nizamnamə kapitalı 3 mln. 62 min 804,4 manata bərabərdir və nominal dəyəri 4 manat olan adi səhmlərə bölünüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət