Ötən həftə Azərbaycanın yollarında qeydə alınmış yol-nəqliyyat hadisələri 31 nəfərin həyatına son qoyub. Bu barədə bazar ertəsi "İnterfaks-Azərbaycan" agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həftə ərzində ölkədə 57 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 90 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol-nəqliyyat hadisəsi Oğuz rayonunda baş verib. "Hyundai" markalı avtomobillə "Mercedes" markalı yük maşınının toqquşması nəticəsində 3 nəfər həlak olub, 1 nəfər xəstəxanaya yerləşdirilib.
İsmayıllı rayonunda "VAZ-2107" markalı avtomobil rayonun iki sakinini və bir Gəncə şəhər sakinini vurub. Piyadalardan ikisi həlak olub, biri xəstəxanaya yerləşdirilib.
Daha bir yol-nəqliyyat hadisəsi Qəbələ rayonunda baş verib, "KamAZ" markalı yük maşını ilə "Mercedes"in toqquşması iki nəfərin ölümü ilə nəticələnib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət