Ötən həftə Azərbaycanda narkotik vasitələrin istifadəsində şübhəli bilinən 51 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, narkotik vasitələrin hazırlanması və satışında şübhəli bilinən beş nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən ümumilikdə 15,82 qram marixuana, 7,421 qram heroin, 5,072 qram tiryək və 4,56 qram həşiş müsadirə olunub.
Həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin saxlanması və satışında şübhəli bilinən şəxsdən 18 kq çətənə, 3,21 kq marixuana və 2,985 kq həşiş aşkarlanaraq götürülüb.
Bununla yanaşı, DİN əməkdaşları yabanı halda bitən və çəkisi 5,57 tondan çox olan çətənə kolunu məhv ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət