Daxili Qoşunların Naxçıvan Alayının zabitləri üçün yeni xidməti yaşayış binası istifadəyə verilib. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov iştirak ediblər.
“Ölkə prezidenti İlham Əliyevin daxili işlər orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində müəyyənləşdirdiyi tədbirlər uğurla həyata keçirilir”, - deyə R.Usubov çıxışında bildirib. Onun sözlərinə görə, cəmiyyətin və dövlətin mənafeyinin qorunmasında, habelə ictimai asayişin mühafizəsində daim sayıq dayanan Daxili Qoşunların əsgər və zabitləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Daxili işlər naziri muxtar respublikanın sürətlə inkişaf etdiyini bildirib, Daxili Qoşunların Naxçıvan Alayının da hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib. O deyib ki, alayda xidmətin təşkili üçün yaradılan şərait qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirməyə imkan verir. “Hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması işinə böyük önəm verilir”, - deyə o əlavə edib.
“Ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərlə yanaşı, daxili intizam qüvvələrinin yaradılmasına da ciddi diqqət yetirilir”, - deyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib. Onun sözlərinə görə, daxili qoşunların fəaliyyəti diqqət mərkəzində saxlanılır, şəxsi heyət üçün nümunəvi xidmət və yaşayış şəraiti yaradılır. Bu gün ölkəmizdə daxili qoşunların hərbi hissələrində yüksək xidmət şəraiti yaradılır.
“Daxili Qoşunların Naxçıvan Alayında xidmət keçən zabit və gizirlər göstərilən dövlət qayğısına öz xidməti vəzifələrini layiqincə yerinə yetirməklə cavab verməlidirlər”, - deyə vurğulayan V.Talıbov deyib ki, daxili qoşunlar ölkəmizdə, eləcə də muxtar respublikamızda daxili intizam tədbirlərini yerinə yetirməklə yanaşı, lazım gələrsə, ərazi bütövlüyümüzün qorunmasında da yaxından iştirak etməlidirlər.
Sonra Ali Məclisin sədri və Azərbaycan Respublikasının daxili işlər naziri mənzillərin orderlərini və açarlarını təqdim ediblər.
60 mənzilli yaşayış binası zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Zirzəmidə sənaye və ərzaq malları mağazası, bufet, camaşırxana, qadın gözəllik salonu, bərbərxana, dərzi və əşya anbarı istifadəyə verilib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yerli strukturları üçün nəzərdə tutulmuş 6 xidməti avtomobilin də açarları təqdim edilib.
V.Talıbov və R.Usubov Daxili Qoşunların Naxçıvan Alayında döyüş texnikalarına baxış keçiriblər.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət