Xərçəng və xərçəng yönümlü xəstəliklərin vaxtında aşkar edilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin səyyar briqadası Gəncədə 2 günlük aksiya keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“850-yə qədər müayinə aparmışıq və bəzi insanlarda bu xəstəliyi aşkar etmişik. Həmin xəstələrə Milli Onkologiya Mərkəzinə gəlmək məsləhət görülüb” – deyə respublikanın baş onkoloqu Azad Kərimli jurnalistlərə bildirib.
Milli Onkologiya Mərkəzinin səyyar diaqnostika kompleksində mamoqraf, rentgen, ultrasəs aparatları ilə pulsuz müayinələr aparılıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2012-ci ildə ölkədə qeydiyyatda olan onkoloji xəstələrin sayı 31 min 958 nəfərə çatıb. 2011-ci ildə bu xəstələrin sayı 28 min 685 nəfər, 2010-cu ildə isə 28 min 52 nəfər olub.
Gəncədə, eləcə də şəhər və ətraf rayonların onkoloq və uşaq həkimləri üçün "Uşaqlarda onkoloji xəstəliklər" mövzusunda regional seminar keçirilib. Bildirilib ki, respublika üzrə 300-dək uşaq onkoloji xəstəlikdən əziyyət çəkir.
Briqadanın növbəti səfəri bu ayın sonunda Qəbələ və İsmayıllı rayonlarına olacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət