Azərbaycanda təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində qarşıya qoyulan vəzifələr Naxçıvan Muxtar Respublikasında uğurla yerinə yetirilir. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov belə bəyan edib.
“Ölkənin təhsil sahəsində müəyyən olunmuş vəzifələrin icrası istiqamətində Naxçıvan MR-də davamlı tədbirlər həyata keçirilir”, - deyə V.Talıbov qəbul imtahanlarında 500-700 bal toplamış abituriyentlərlə görüş zamanı bildirib. O qeyd edib ki, təkcə son 10 ildə muxtar respublikada 51 min 828 şagird yerlik 130 orta məktəb, 21 musiqi məktəbi, 17 məktəbəqədər və 6 məktəbdənkənar müəssisə binası tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Ali Məclis sədrinin sözlərinə görə, təhsil müəssisələrinin yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi dünya təhsil sistemi və informasiya məkanına inteqrasiya etmək üçün geniş imkanlar açıb.
“Təhsil müəssisələrində kompüterlərin 83%-i internetə qoşulub, 500 elektron lövhə quraşdırılıb. Bütün bunlar təhsilin keyfiyyətinin artmasına gətirib çıxarıb. İldən ilə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyerntlərin sayı artır. Əgər 2012-ci ildə 267 nəfər qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıbsa, 2013-cü ildə 312 abituriyent 500-dən 700-ə qədər bal toplayaraq yüksək nəticə göstərib”, - deyə o qeyd edib.
V.Talıbov deyib ki, gənclərin yiyələndikləri bilik və peşələr Azərbaycan xalqının və dövlətinin gələcəyinə xidmət etməlidir.
“Sizin fəaliyyətinizdə seçdiyiniz ixtisaslar üzrə yaxşı bilik qazanmaq, ölkə və xalq üçün faydalı olmaq əsas istiqamət olmalıdır. Siz ali təhsil almaq və peşəyə yiyələnməklə yanaşı, milli dəyərlərimizi, xalqımızın adət-ənənələrini yaxşı bilməlisiniz. Bizim təhsilin məqsədi yüksək mənəviyyatlı, vətənpərvər və peşəkar gənclər yetişdirməkdir. Unutmayın ki, Azərbaycanın gələcəyi sizə etibar ediləcək. Siz ölkənin rifahı naminə çalışmalı, müstəqil dövlətimizə, vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi formalaşmalı və azərbaycanlı olmağınızla hər zaman qürur duymalısınız”, - deyə Ali Məclisin sədri vurğulayıb.
O, nəzəri biliklərin praktika ilə möhkəmləndirilməsinin vacibliyini qeyd edib. “Bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada ali təhsilin praktikaya yaxınlaşdırılması, tələbələrin praktiki bacarıqlarının yüksəldilməsi üçün hər cür şərait yaradılıb. Bu şəraitdən lazımınca istifadə etməyə çalışın. Sizin əsas vəzifəniz qazandığınız bilikləri praktikada tətbiq etmək, əsl mütəxəssislər kimi formalaşmaq üçün səy göstərməkdir”, - deyə V.Talıbov söyləyib.
O, ali məktəblərə qəbul olunmuş gəncləri təbrik edərək onlara Azərbaycan naminə fədakarlıq nümayiş etdirməyi arzulayıb.
Ali məktəblərə qəbul imtahanlarında 500-700 bal toplamış tələbələrə Heydər Əliyevə həsr olunmuş “Həyat yolu” kitabı və pul mükafatları təqdim edilib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət