“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 9 min ton taxılı uzun müddətə saxlayan yeni anbarların tikilməsi və toxumçuluq təsərrüfatının yaradılması müəssisəni tam sənaye kompleksinə çevirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov taxıl anbarlarının istifadəyə verilməsi mərasimində çıxış edərkən belə söyləyib.
“Hazırda kompleksdə 27 min ton taxılı uzun müddətə saxlamağa imkan verən taxıl ehtiyatı anbarları, illik istehsal gücü 73 min ton olan un dəyirmanı, laboratoriya, quşçuluq və heyvandarlıq təsərrüfatlarının inkişafında mühüm rol oynayan qüvvəli yem istehsalı müəssisəsi fəaliyyət göstərir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, həmçinin ərazidə istehsal olunmuş məhsulları saxlamaq üçün anbarlar var. “Yeni anbarların qurulması və toxumçuluq təsərrüfatının yaradılması sənaye müəssisəsinin fəaliyyətini daha da genişləndirəcək”, - deyə V.Talıbov söyləyib.
“Kompleksin nəzdində yeni toxumçuluq təsərrüfatının yaradılması muxtar respublikada keyfiyyətli taxıl toxumuna olan tələbatın ödənilməsində mühüm əhəmiyyətə malik olacaq. Təsərrüfatda məhsuldar toxumların seçilməsi, dərmanlanması üçün lazımi şərait yaradılıb. Bu da taxılçılıqla məşğul olan sahibkarların və torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin olunmasına imkan verəcək. Hazırda payızlıq taxıl əkini üçün muxtar respublikanın toxumçuluq təsərrüfatlarında 1000 tona yaxın toxum ehtiyatı var. Bunun da 250 tonu “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatında saxlanılır. Müəssisə üçün 500 hektar əkin sahəsi də ayrılıb”, - deyə o əlavə edib.
“Kompleksdə lazımi is şəraiti yaradılıb. Ona görə də işçilər daim ixtisaslarını təkmilləşdirməli, qurulanlardan səmərəli istifadə edilməlidir. Taxılın qəbulu, saxlanılması və istehsalı daim nəzarətdə saxlanılmalı, keyfiyyət amilinə ciddi diqqət yetirilməlidir”, - deyə Ali Məclisin sədri vurğulayıb.
O, yeni anbarların və toxumçuluq təsərrüfatının qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, kollektivə işlərində uğurlar arzulayıb, müəssisəni işə salıb.
V.Talıbov toxumçuluq təsərrüfatında yetişdirilən taxıl növləri ilə tanış olub.
Bu il kompleksin Taxıl Ehtiyatı Anbarında 3 yeni bunker quraşdırılıb. Yaradılan şərait anbarlarda 1 saatda 150 ton taxıl qəbul etməyə, 1125 ton taxılı isə buraxmağa imkan verir.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət