Avqustun 27-də Şəki şəhərində Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı çərçivəsində texniki peşə məktəbinin təmirdən çıxmış binasının açılışı mərasimi keçiriləcək. Bu barədə Yaponiya səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, təhsil naziri Mikayıl Cabbarov və Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov iştirak edəcək.
Sözügedən layihə üzrə qrant sazişi Yaponiya səfirliyi və “Şəki təhsil və ekologiya mərkəzi” İctimai Birliyi arasında bu ilin fevralında imzalanıb.
Bu məktəbdə Şəkidən və qonşu 8 rayondan olan şagirdlər təhsil alacaqlar. Layihənin ümumi dəyəri $122 513 təşkil edir.
Bu, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı çərçivəsində Şəki üzrə imzalanmış 13-cü layihədir. Yaponiya hökumətinin Azərbaycanda iqtisadi infrastruktur, kənd təsərrüfatı, sosial və mədəniyyət sahələri, həmçinin insan resurslarının inkişafı üçün ayırdığı rəsmi yardım artıq $1 mlrd-ı ötüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət