Avqustun 28-dən sentyabrın 2-nə qədər Bakıda Yəhudi gənclərinin beynəlxalq təhsil forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiya Yəhudi Gənclər Konqresindən (RYGK) məlumat verilib.
Forumda Rusiya, İsrail, Almaniya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Ukrayna, Belarus və digər ölkələrin yəhudi gənclər hərəkatının fəalları iştirak edəcəklər.
“İstənilən milli gənclər təşkilatının əsas məqsədi gənclər mühitində milli eyniliyin əriyib getməsinə və assimilyasiyasına mane olmaqdır”, - deyə Avrasiya Yəhudiləri Konqresinin (AYK) gənclər qanadının lideri, Rusiya Yəhudi Gənclər Konqresinin prezidenti İqor Dabakarov bildirib.
“Ümumdünya qloballaşma prosesləri, eləcə də coğrafi, informasiya və dil sədlərinin aradan qalxması şəraitində dünyanın müxtəlif guşələrindəki yəhudi gənclərin birləşməsi və əlaqə saxlaması üçün bizim edəcəyimiz ən yaxşı iş müasir tendensiyalardan istifadə etməkdir”, - deyə İ.Dabakarov qeyd edib. Onun fikrincə, belə forumların keçirilməsi həm forum iştirakçılarının yeni biliklərlə zənginləşməsi və öz xalqları barəsində təsəvvürlərinin genişlənməsi, həm də gənc fəalların gələcək əməkdaşlıq üçün beynəlxalq əlaqələr qurması baxımından ən yaxşı üsuldur.
Forumun tədbirlərində əsas diqqət Azərbaycanın özünəməxsus, unikal mədəniyyətə malik yəhudi icmaları ilə tanışlığa yönəldiləcək. Proqrama yalnız əhatəli tədris tədbirləri deyil, həmçinin geniş ekskursiya proqramı daxildir ki, bu da forum iştirakçılarında Azərbaycanda yaşayan yəhudilərin çoxəsrlik tarixi barədə təsəvvürün formalaşmasına kömək edəcək.
Tədbir Azərbaycanın yəhudi icmalarının, AYK-nin gənclər qanadının və RYGK-nin dəstəyi ilə keçiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət