İstanbulda Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Koordinasiya Şurasının toplantısı keçirilib. Bu barədə Mətbuat Şurasının çərşənbə günü yaydığı məlumatda bildirilir.
Türkiyə, Azərbaycan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, İraq (Kərkük), Bolqarıstan, Şərqi Trakiya, Moldovanın Qaqauz Muxtar Ərazisi, eləcə də Rusiyanın Tatarıstan və Başqırdıstan muxtar respublikalarından ümumilikdə 30-dək nümayəndənin qatıldığı tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iştirak edib.
Toplantıda başlıca müzakirə mövzusu Türkdilli Ölkələrin və Toplumların III Media Forumuna hazırlıq olub.
2010-cu ilin dekabrında Ankarada, 2011-ci ilin oktyabrında isə Bakıda Türkdilli Ölkələrin və Toplumların müvafiq olaraq I və II forumları təşkil olunmuşdu.
Koordinasiya Şurasının avqustun 27-də İstanbulda baş tutmuş toplantısında isə mövcud istiqamətdə müzakirələr aparılıb. III Forumun 2013-cü il noyabrın 7-9-da paytaxt Bişkekdə təşkili dəqiqləşdirilib.
Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Nizamnaməsinə görə, birliyə daxil olan ölkələr və toplumlar növbəlilik əsasında quruma sədrliyi həyata keçirirlər. Hazırda sədrlik Azərbaycana məxsus olduğundan Ə.Amaşov Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Koordinasiya Şurasının sədri kimi hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, qarşılıqlı media əməkdaşlığı hər bir türk toplumun qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir, istər-istəməz adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları da formalaşdırır.
Şura sədri qeyd edib ki, türkdilli xalqların bir-biriləri barədə daha çox informasiyaya malik olmaları həmin maraqlara ən azından bilməyərəkdən zərər gətirilməsinin qarşısını alır. Bu kimi vəzifələrin icrası istiqamətində Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin daha səmərəli şəkildə əməkdaşlıq etməsinin vacibliyini vurğulayan Ə.Amaşov ötən müddətdə qurumun internet portalının yaradılmasını qarşıya qoyulan vəzifələrin icrası istiqamətində mühüm addım olaraq dəyərləndirib. O, Bişkek forumunun daha səmərəli əməkdaşlıq konturlarının seçilməsi baxımından məhsuldar keçəcəyinə inandığını bildirib.
Sonda III Bişkek forumunun gündəliyi təsdiqlənib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət