Azərbaycan Avropaya dini tolerantlıq barədə dərs keçə bilər. Tanınmış israilli publisist Valeri Novoselski belə hesab edir.
“Azərbaycanda dini və milli dözümlülük barədə çox eşitmişəm və buna əyani şəkildə əmin olmaq qərarına gəldim. Azərbaycanda keçirilən görüşlərdən sonra tam əminliklə deyə bilərəm ki, Azərbaycan Avropaya dini tolerantlıq barədə dərs keçə bilər”, - deyə V.Novoselski "Tolerantlığın İpək Yolu marşrutu" üzrə hərəkət edən beynəlxalq ekspertlər qrupunun Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında bəyan edib.
O, həmçinin vurğulayıb ki, cari ilin noyabr ayında Braziliyada Avropa ölkələrində qaraçıların hüquqlarının pozulmasına dair konfrans keçiriləcək. Burada o, müsəlman dünyası, xüsusilə türkdilli ölkələrin qaraçılara dost münasibətini vurğulayacaq.
Mərhum şahzadə Diananın şəxsi katibi olmuş Patrik Cefson hesab edir ki, Azərbaycan bütün planetdə yeganə tolerantlıq incisidir.
“Vətənə qayıdanda hər kəsə bildirəcyəm ki, Azərbaycan bütün dünyada tolerantlıq sahəsində yeganə incidir. Azərbaycanın hansı guşəsinə getməyimizdən asılı olmayaraq, bu birgə yaşayışı, tolerantlığı gördük. Adamlar nəinki birgə yaşayır, hətta birlikdə Tanrıya ibadət edirlər. Xristian olaraq mənim üçün maraqlı faktlardan biri budur ki, burada nəinki Alban mədəniyyəti abidələri yaxşı şəkildə qorunub saxlanılır, həm də Alban-Udin icması da fəaliyyət göstərir", - deyə P.Cefson vurğulayıb.
Avstraliyada ilahiyyat fənnini tədris edən Bencamin Mayers qeyd edib ki, dözümlülük və tolerantlıq sahəsində ölkəsinin Azərbaycandan öyrənəcəyi çox şeylər var.
“Mənim ölkəm qədimdən xristian olub. Son on illiklər ərzində müsəlmanlar Avsrtaliyada məskunlaşmağa başlayıblar. Biz yalnız indi birgə mehriban qonşuluq barədə düşünməyə başlamışıq. Düşünürəm ki, əsrlər boyu müxtəlif xalq və dinlərin birgə yaşaması üçün hər cür şəraitin yaradıldığı Azərbaycan bütün dünya üçün nümunə ola bilər”, - deyə B.Mayers bildirib.
Qrinviç Universitetinin müəllimi Conatan Vilson isə qeyd edib ki, Azərbaycanda dini etiqad məsələlərinə xüsusi diqqət yetirilir. “Azərbaycanda mən bir dəyərli məqam müşahidə etdim: müxtəlif dini icmaların nümayəndələri, xüsusilə yaşlı adamlar bir-birinə böyük hörmətlə yanaşır. Bu, öz növbəsində yetişən nəsil üçün yaxşı nümunədir”, – deyə C.Vilson vurğulayıb.
Britaniyalı bloqqer Ömər Şahid Azərbaycanda mövcud tolerantlıq mühitinin uzun illər yaşayacağına ümid etdiyini bildirib.
“Bu, müasir dünyada unikal hadisədir və mən ümid edirəm ki, bu tolerantlıq mühiti Azərbaycanda hələ uzun müddət mövcud olacaq. Mən Böyük Britaniyada yaşayıram, burada da müxtəlif dinlərin nümayəndələri yaşayır. Fərq ondadır ki, Azərbaycanda onların hamısı həmrəydir, yəni müxtəlıif din rəhbərləri arasında dostluq münasibətləri var, bu isə unikal hadisədir”, - deyə Ö.Şahid bəyan edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəvəti ilə "Milli Tolerantlıq Mərkəzi" layihəsi çərçivəsində beynəlxalq ekspertlərdən ibarət qrup Azərbaycanın müxtəlif guşələrində olub. Ekspertlərin səfərinin məqsədi Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq mühiti ilə tanışlıq olub. Qonaqlar paytaxtda dini abidələrlə tanış olublar, Qubada dağ yəhudilərinin yığcam şəkildə yaşadığı Qırmızı qəsəbədə olublar, Şamaxıda Cənubi Qafqazın ilk "Cümə" məscidi ilə tanış olublar, xristianlar-molokanlar kimi tanınan köhnə rus təriqətçiləri ilə görüşüblər.
Bundan başqa, ekspertlər Alban-Udin kilsəsinin nümayəndələri ilə tanış olublar. Oğuz rayonunda vaxtilə İsrailə mühacirət etmiş, bu gün isə yenidən Azərbaycana qayıdan yəhudilərlə görüşüblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət