Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov ölkə vətəndaşlarını respublikada müxtəlif dini cərəyanlara mövcud tolerant münasibəti pozmaq cəhdlərinə mane olmağa çağırıb.
“Tolerantlıq Azərbaycan cəmiyyətini birləşdirən unikal meyardır. Hər bir Azərbaycan vətəndaşı ölkədə tolerantlığı sarsıtmağa cəhd edənlərlə mübarizə aparmalıdır”, - deyə E.İskəndərov çərşənbə axşamı Gəncədə keçirilən “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfransda bəyan edib.
O bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır, lakin bununla yanaşı, dövlət dinin qayğısına qalır.
“Avropa ölkələrində olduğu kimi, bizdə də din dövlətdən ayrıdır. Lakin onlardan fərqli olaraq, bizim dövlət dinin qayğısına qalır, Avropa ölkələrində isə bu, konstitusiya ilə qadağan edilib”, - deyə E.İskəndərov söyləyib.
DQİDK sədri milli eyniliyin formalaşmasında Gəncənin roluna da toxunub. O qeyd edib ki, bu şəhərdən olan məşhur insanlar dinin inkişafına çox qiymətli töhfə veriblər.
“Dövlət-din münasibətləri barədə danışarkən respublikanın milli eyniliyinin formalaşmasında Gəncənin rolunun üstündən sükutla keçmək olmaz. İlk növbədə, Gəncəvi təxəllüsünü götürən şəxsləri qeyd etmək lazımdır. Onlardan biri Azərbaycanda dinin inkişafına əvəzsiz töhfə vermiş dahi Azərbaycan şairi Nizami Gəncəvidir. O, əsərlərində müqəddəs Qurana müraciət və Allaha məhəbbətini ifadə edib”, - deyə E.İskəndərov vurğulayıb.
Onun sözlərinə görə, Gəncə sakinləri hər zaman milli-mənəvi dəyərlərə qayğıkeş münasibət bəsləyiblər.
“Burada hər zaman Əhli-Beytə (Məhəmməd peyğəmbərin ailəsi – İF-Az) məhəbbət müşahidə olunub. Bunun parlaq nümunəsi şəhərdə möminlərin ziyarət yeri olan İmamzadə məqbərəsinin qorunub saxlanmasıdır”, - deyə DQİDK sədri bildirib.
E.İskəndərov deyib ki, son illər ərzində Azərbaycanda çoxlu sayda ziyarətgahların, qədim məscid və məqbərələrin qorunub saxlanması, bərpası və yenidən qurulmasına böyük diqqət ayrılır.
“Bu yaxınlarda Qafqazda ən qədim məscid olan Şamaxı məscidinin əsaslı yenidənqurmadan sonra açılışı olub. Təbii fəlakətlər və müharibələr nəticəsində məscid bir neçə dəfə dağılıb, lakin onu yenidən bərpa ediblər”, - deyə o qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət