Azərbaycan Dövlət Rus Dram Teatrı Moskva şəhərinə qastrola getməyə hazırlaşır. Bu barədə teatrın məlumatında deyilir.
Sentyabrın 25-dən 29-na qədər teatrın kollektivi Azərbaycanın xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” və Yonas Vaytkusun (Litva) quruluş verdiyi Nizaminin “Yeddi gözəl” tamaşaları ilə çıxış edəcək.
Tamaşalar Rusiya Akademik Kiçik Teatrının səhnəsində nümayiş olunacaq. Qeyd edək ki, 2013-cü ilin 9-10 may tarixlərində Rusiya Akademik Kiçik Teatrının kollektivi Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında A.N.Ostrovskinin “Müdrik olan hər kəsə kifayətdir sadəlik” pyesi əsasında hazırlanmış tamaşa ilə çıxış etmişdi.
2012-ci il iyunun 20-də Rus Dram Teatrı “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyasını RSFSR xalq artisti, SSRİ dövlət mükafatı laureatı, Rusiya Teatr Xadimləri İttiaqının sədri Aleksandr Kalyaginin rəhbərlik etdiyi “ET SETERA” teatrının (Moskva) səhnəsində nümayiş etdirib.
“Yeddi gözəl” tamaşasının səhnələşdirilməsi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunub. M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar olaraq 2012-ci il TÜRKSOY tərəfindən “Axundzadə ili” elan edilib. Ədibin yubileyi həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda geniş qeyd edilir.
Teatrın qastrol səfəri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq. Teatrın rəhbərliyi sponsor “MFX GROUP AZERBAIJAN” MMC-yə xüsusi təşəkkür edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət