Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 18-də Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Müasir memarlıq üslubunda inşa olunan üçmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib.
İ.Əliyev həmçinin Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibətilə təşkil olunan mərasimdə iştirak edib.
“Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov dövlət başçısına məlumat verib ki, layihə çərçivəsində Qubanın Su-Kanal İdarəsi üçün yeni inzibati bina inşa edilib.
Quba şəhərini və ətraf yaşayış məntəqələrini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Qudyalçay seçilib. 9 minə yaxın abonent su sayğacları ilə təmin edilib.
Şəhərdə su və kanalizasiya sistemlərinin vahid mərkəzdən idarə edilməsi üçün “SCADA” sistemi, eləcə də suyun keyfiyyətinin müntəzəm yoxlanılması üçün laboratoriya yaradılıb.
Dövlət başçısı Qubada Gənclər Mərkəzinin açılışında da iştirak edib. Mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Ən müasir avadanlıqla təchiz olunan Mərkəzdə gənclərin asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılıb.
Həmin gün İ.Əliyev Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş “Yaşıl teatr”ın açılışında iştirak edib. Teatrın tamaşa zalı 1000 nəfərlikdir. “Yaşıl teatr”da ən son texnologiyalara əsaslanan səs və işıq sistemləri qurulub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət