Azərbaycan elektrik enerjisi üzrə ixrac potensialını 4 mlrd. kilovatsaata qədər artırıb. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev cümə axşamı rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
“Generasiya gücünün artımı və yenilənməsi hesabına ölkə elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və hazırda Azərbaycanın elektrik enerjisi üzrə ixrac potensialı 4 mlrd. kilovatsaata çatıb”, - deyə nazir qeyd edib.
N.Əliyevin sözlərinə görə, 2003-2012-ci illərdə Azərbaycanın enerji sisteminin gücü 40% - 6275 meqavata qədər artıb.
“Bu, il ərzində 22-24 mlrd. kilovatsaat elekrik enerjisinin istehsal edilməsinə imkan verir və respublikanın maksimal tələbatını 25-27% üstələyir. Ölkədə adambaşına düşən elektrik enerjisinin miqdarı 2,22 min kilovatsaata çatdırılıb ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsindədir”, - deyə nazir qeyd edib.
O deyib ki, 2003-2012-ci illərdə ölkədə ümumi gücü 2704,5 meqavat olan 15 yeni elektrik stansiyasının tikintisi işlərinə başlanılıb, bunlardan ümumi gücü 1499 meqavat olan 12 elektrik stansiyası artıq istismara verilib (10 istilik elektrik stansiyası, 2 su elektrik stansiyası).Qalan 3 stansiyanın işə buraxılması 2013-2014-cü illərdə nəzərdə tutlub.
“2003-2012-ci illər ərzində elektrik enerjisinin istehsalında yanacağın xüsusi sərfiyyatı 23% azalıb ki, bu da ildə 1,1 mln. ton şərti yanacağa qənaət etmək deməkdir. Bu dövrdə 11,2 mln. tondan çox şərti yanacağa və ya 8,2 mln. ton soba mazutuna qənaət olunub. Elektik enerjisi uçotunun təkmilləşdirilməsi nəticəsində enerji haqqının yığımı 92% təşkil edib”, - deyə N.Əliyev qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət