Azərbaycan hökuməti Böyük Britaniyaya aqrar sahədə uzunmüddətli əməkdaşlığa dair saziş imzalamağı təklif edir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Irfan Siddiqi ilə görüşdə kənd təsərrüfatı naziri İsmət Abasov bu cür təkliflə çıxış edib.
Görüşdə İ.Abasov Azərbaycan və Böyük Britaniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün potensialın olduğunu qeyd edib.
“Hazırda Azərbaycanda müasir texnologiyaların tətbiqində ciddi rol oynayan Britaniya şirkətləri fəaliyyət göstərirlər. Bu əməkdaşlığın genişləndirilməsi üçün kənd təsərrüfatının digər sahələrində də uzunmüddətli əməkdaşlığa dair sənədin imzalanması məqsədəuyğun olardı”, - deyə İ.Abasov görüş zamanı bildirib.
Bundan başqa, görüşdə Azərbaycanda yetişdirilən meyvə-tərəvəz məhsullarının və meyvə şirələrinin Britaniyaya ixracı imkanları, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində təcrübə mübadiləsi, aqrar tədqiqat və təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət