Azərbaycanlı tələbələr Moskva merinin təqaüdünü almağa davam edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Qəyyumlar Şurasının cümə günü keçirilən iclasından xəbər verir.
“Azərbaycanda rus dili qorunub saxlanılıb. Burada rus dilində ədəbiyyat və mətbuat oxunur, Bakıda fəaliyyət göstərən Rus Dram Teatrı çox məşhurdur”, - deyə Azərbaycanın rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin bildirib.
İclasda Moskva merinin təqaüdünün alınması üçün 13 nəfərin namizədliyi yenidən, namizədliyi irəli sürülmüş 9 nəfərin namizədliyi isə ilk dəfə təsdiq edilib.
İclasda Moskva hökumətinin nümayəndələri də iştirak ediblər.
Tədbir zamanı Təqaüdçülər Assosiasiyasının yaradılması təklifi səsləndirilib. Məqsəd bütün illərin təqaüdçüləri arasında əlaqə yaratmaqdır.
Moskva hökumətinin təqaüdü sabiq mer Yuri Lujkov tərəfindən 1996-cı ildə təsis edilib. Moskva merinin təqaüdünü almaq üçün əla qiymətlərlə oxumaq şərtdir. Bu proqram rus dilinin qorunması və inkişaf etdirilməsi məqsədi daşıyır və aztəminatlı ailələrdən olan tələbələr üçün nəzərdə tutulub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət