Azərbaycanın kibertəhlükəsizlik məsələlərinə göstərdiyi diqqət müsbət qiymətə layiqdir. Bu barədə BMT baş katibi Pan Gi Munun bazar ertəsi Bakıda keçirilən “BMT Təhlükəsizlik Şurasının kibertəhlükəsizlik məsələləri üzrə model” mövzusunda konfransın iştirakçılarına videomüraciətində bildirilir.
“Mən bu konfransın təşkilatçılarını – BMT TŞ-nin üzvü olan ölkələrdən tələbələri Bakıya toplamağa müvəffəq olan Gənclər və İdman Nazirliyi və BMT-nin Bakı ofisini təbrik edirəm. Kibertəhlükəsizlik məsələlərinə göstərdiyiniz diqqət müsbət qiymətləndirilməlidir”, - deyə P.G.Mun söyləyib.
O, həmçinin qeyd edib ki, BMT ölkələr arasında açıq, təhlükəsiz, sakit və sabit informasiya mühitini təmin etmək niyyətindədir. “Lakin qlobal miqyasda sabitliyin pozulmasına yönələn kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılmalıdır”, - deyə baş katib əlavə edib.
P.G.Mun Bakı konfransının ictimaiyyətin kibertəhlükəsizliklə mübarizədə tələblərə dair məlumatlılığının artırılmasına xidmət edəcəyinə əmin olduğunu bildirib.
Azərbaycanın gənclər və idman nazirinin vəzifələrini icra edən Azad Rəhimov məlumat verib ki, ölkə hökuməti İKT sahəsinə böyük diqqət yetirir. “Prezident İlham Əliyevin sərəncamı ilə cari ilin “İKT ili” elan olunması faktı belə nümunələrdən biridir”, - deyə A.Rəhimov qeyd edib.
Rabitə və informasiya texnologiyaları nazirinin vəzifələrini icra edən Əli Abbasov bəyan edib ki, Azərbaycan regional səviyyədə həyata keçirilən kibertəhlükəsizlik sahəsində bütün layihələri dəstəkləyir. “Kibercinayətkarlıq nəticəsində dünya ölkələrinin illik zərəri təxminən $1 trln. təşkil edir. Kibercinayətkarlıq dörd qlobal cinayətdən biridir, buna görə də beynəlxalq əməkdaşlığı möhkəmləndirmək lazımdır”, - deyə Ə.Abbasov bildirib.
O, kibertəhlükəsizliklə bağlı problemlərin həlli üçün qanunvericiliyi təkmilləşdirməyi, özəl və vətəndaş sektorları arasında əməkdaşlığı genişləndirməyi təklif edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət