Oktyabrın 22-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “Yeni uşaq mahnıları-2013” respublika müsabiqəsinin təqdimatını keçirib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Tədbirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova müsabiqə barədə geniş məlumat verib. O bildirib ki, ölkə tarixində ilk dəfə baş tutan müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində reallaşdırılır.
Müsabiqəyə 73 mahnı təqdim edilib. Bu mahnılar tanınmış münsiflər heyəti tərəfindən seçildikdən sonra qaliblərin düzgün müəyyənləşdirilməsi üçün bu ifalar sosial şəbəkələrdə səsverməyə çıxarılacaq. Qaliblərin seçilməsində həm münsiflərin rəyi, həm də sosial şəbəkələrdəki səsvermələrin nəticələri mühüm rol oynayacaq.
Müsabiqə ilin sonunadək yekunlaşacaq və qaliblərin iştirakı ilə geniş konsert proqramı təşkil ediləcək.
Müsabiqənin qaliblərinə və fərqlənənlərə pul mükafatı, diplom və qiymətli hədiyyələr təqdim ediləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət