Sosial media üçün yeni qanunverici bazanın işlənib hazırlanmasına ehtiyac var. Anadolu Xəbərlər Agentliyinin baş direktoru və İdarə Heyətinin sədri Kamal Öztürk III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı belə söyləyib.
““Ənənəvi medianı gələcəkdə nə gözləyir?” sualına bu gün cavab vermək çox vacibdir”, - deyə K.Öztürk forum çərçivəsində təşkil olunmuş “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” adlı tematik seksiyada “Yeni texnologiyalar və müasir media” mövzusunda paneldə bildirib.
Ekspertin fikrincə, 30-40 ildən sonra ənənəvi KİV-lər yox olacaq.
“Mətbu nəşrlərə ehtiyac olmayacaq. Bir çox qəzet və informasiya agentlikləri bağlanacaq. Öz məlumatlarını pulla sata bilən tək-tük informasiya agentlikləri qalacaq”, - deyə o vurğulayıb.
K.Öztürkün fikrincə, insanlar əsas informasiyanı pulsuz əldə edəcəklər.
“Bu gün gənclər pulsuz informasiya əldə edirlər. Düşünmürəm ki, gələcəkdə informasiya satılsın. Bütün informasiya axını telefonlarda və elektron məktublarda cəmləşəcək. Bəşəriyyət bütün informasiyanı telefon və smartfonlar vasitəsilə əldə edəcək”, - deyə o qeyd edib.
K.Öztürk hesab edir ki, “internet qəzetlər” informasiya agentliklərini və qəzetləri uğurla əvəz edəcək.
“Cib telefonları qəzet rolunu oynaya bilər. Qəzet və informasiya jurnalistikası necə inkişaf edəcək? Biz bu sualın cavabını bilmirik. Bu gün biz rəqəmsal dünyada yaşayırıq və hələ ki, nəticə görmürük – bu, böyük bir dövrdür”, - deyə o vurğulayıb.
K.Öztürkün sözlərinə görə, bəşəriyyət dünyada gedən informasiya proseslərinin inkişafını dayandırmaq iqtidarında deyil.
“Rəqəmsal texnologiyalar inkişafın yeni linqvistik üsulunu təkmilləşdirməyə imkan verir. Bütün bu texnologiyalar bizim informasiya agentliklərinə də təsir göstərir”, - deyə o əlavə edib.
K.Öztürk rəqəmsal texnologiyaların inkişafı dövründə etik məsələlərin təmin edilməsini böyük problem hesab edir.
“Etik prinsiplərin necə işləyəcəyi sualına cavab vermək çox vacibdir Sosial şəbəkələrdə və sosial mediada prosesləri, internetdə informasiya axınını tənzimləyən qanunverici baza lazımdır”, - deyə o qeyd edib.
K.Öztürk söyləyib ki, Türkiyədə Gəzi parkı ilə bağlı baş verən iğtişaşlar zamanı internet məkanında bir-birinə zidd olan çoxlu məlumatlar yayıldı.
“Türkiyədəki hadisələr barədə yüz minlərlə Twitter istifadəçisi xəbər yayırdı. Həmin dövrdə Twitter şəbəkəsinin 15 min yeni istifadəçisi yarandı və onlar Türkiyə iqtisadiyyatını çökdürmək, Türkiyə dövlətçiliyinin üzərinə kölgə salmaq məqsədi ilə ziddiyyətli xəbərlər yayırdılar. Ən acınacaqlısı isə bu idi ki, biz onlara qarşı heç bir tədbir görə bilmirdik. Yalnız onu demək olar ki, onların yaydıqları məlumatlar həqiqəti əks etdirmir. Buna görə də sosial media üçün yeni qanunverici bazanın hazırlanmasına zərurət var”,- deyə o qeyd edib.
Baş direktorun sözlərinə görə, bu gün dünya şöhrətli müğənni Ledi Qaqanın internetdəki abunəçilərinin sayı dünyada ən çox tirajlı qəzetin abunəçilərinin sayından çoxdur.
“Ledi Qaqanın internetdə 30 milyon abunəçisi var. Ən çox tirajlı qəzet isə Yaponiyada nəşr olunur və 15 milyon tirajla satılır. Yəni bu gün müğənninin hansı köynək geyinəcəyi insanları dünyada baş verən proseslərdən daha çox maraqlandırır. Əvvəllər dünyada belə bir hal olmayıb. Bu, cəmiyyətin tənəzzülünə aparan çox təhlükəli tendensiyadır”, - deyə o vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət