Heydər Əliyev Fondunun dəstəyi ilə Korçay Dövlət Təbiət Qoruğuna 10 baş ceyran gətirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verib.
Şirvan Milli Parkından gətirilən heyvanlar qoruqda ceyran sürülərinin sayının təbii yolla artırılması məqsədi daşıyır.
“Onlara nəzarəti həyata keçirmək üçün ikisinin üzərinə GPS cihazları quraşdırılıb. Bu cihazların köməyi ilə heyvanları peyk vasitəsilə izləmək və qeyri-qanuni ceyran ovunun qarşısını almaq mümkün olacaq”, – deyə Korçay Dövlət Təbiət Qoruğunun direktoru İrşad Abbasov bildirib.
Onun sözlərinə görə, məqsəd ayrılmış arealda ceyranların tərkibinin stabil saxlanması, onların cırlaşmasının qarşısının alınmasından ibarətdir.
“Korçay Dövlət Təbiət Qoruğu landşaft və təbiət baxımından Azərbaycanda və dünyada nadir olan Bozdağ silsiləsini əhatə edir, burada mövcud olan flora və faunanın 24 saat ərzində ciddi qorunmasını təmin etmək üçün 20-dən artıq mühafizəçi xidmət aparır”, - deyə qoruq direktoru qeyd edib.
Bildirək ki, 2008-ci ildən yaradılan qoruq 5 min hektara yaxın ərazini əhatə edir. Goranboy rayonu ərazisində yerləşən qoruqda 600-dən artıq ceyran, eləcə də canavar, çaqqal, tülkü, vaşaq, kaftar kimi heyvanlar, Qırmızı kitaba düşmüş quş növləri, hətta ilanlar da mühafizə olunur. Qoruqda mühafizənin səmərəli təşkili üçün 2 yeni yeger evi tikilərək istifadəyə verilib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət