Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanın Vatikanla münasibətlərini yüksək qiymətləndirir.
“Azərbaycanın Vatikanla münasibətləri yüksək səviyyədədir və mən əminəm ki, bu münasibətlər gələcəkdə də inkişaf edəcək”, - deyə A.Paşazadə Roma Papasının nümayəndəsi, Vatikanın mədəniyyət naziri, kardinal Can Franko Ravazi ilə görüş zamanı bildirib.
QMİ sədri qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə hörmətlə yanaşma və tolerantlıq ənənədir.
O, Vatikanda dinlərarası və mədəniyyətlərarası münasibətlərin möhkəmlənməsinə həsr olunan tədbirlərdə Azərbaycanın iştirak etməyə hazır olduğunu bildirib.
“Mən sizinlə ilk dəfədir görüşürəm və bu imkandan istifadə edərək Papanın seçilməsi münasibətilə Vatikanı təbrik edirəm. Mən Roma Papasını Azərbaycana dəvət edirəm”, - deyə QMİ sədri söyləyib.
O deyib: “Azərbaycan son illlər siyasi və iqtisadi sahələrdə böyük uğurlara imza atıb, lakin bununla yanaşı, əminliklə deyə bilərəm ki, ölkəmiz mənəvi inkişafa da nail olub”.
“Azərbaycana minnətdarlıq etməmiz üçün bir çox səbəblər var, pravoslav və yəhudi icmalarının rəhbərlərinin görüşündə iştirak etməniz də bu səbəblərdən biridir”,- deyə C Ravazi bildirib.
Kardinal onu da deyib ki, Bakıya səfəri zamanı o, yerli məscidlərdən birini ziyarət edib.
“Müsəlman icması bizim nümayəndə heyətini çox səmimi qarşıladı”,- deyə o əlavə edib.
C.Ravazi bildirib ki, katolik kilsəsi Heydər Əliyev Fondu ilə xüsusilə Vatikanda yeraltı sərdabələrin bərpa edilməsi istiqamətində sıx əməkdaşlıq edir.
“Biz istəyirik ki, İtaliyada Azərbaycan mədəniyyəti günləri keçirilsin və bu tədbir çərçivəsində dini dəyərlərə də diqqət çəkilsin”,- deyə kardinal vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət