Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Şirvan şəhərində çörək və çörək məhsullarının istehsalı və satışı ilə məşğul olan “Roza-çörək” SC-nin səhmlərinin 30%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
Komitənin məlumatına əsasən, 146,419 min səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramına müəssisənin fəaliyyətinin bərpası, müasir standartlara uyğun yenidən qurulması və yeni avadanlıqların alınması, müəssisənin ərazisinin abadlaşdırılmasına dair təkliflər daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 25 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti 90 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2013-cü il dekabrın 2-nə qədər qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi proseduru dekabrın 4-də keçiriləcək.
“Roza-çörək” SC Şirvan şəhərində yerləşir və 1987-ci ildə istismara verilib.
2013-cü il sentyabrın 1-nə SC-nin borcları 646,181 min manat təşkil edib. Müəssisənin debitor borcları 311,956 min manata bərabərdir.
2013-cü il sentyabrın 1-nə ASC-nin nizamnamə kapitalı 488,066 min manat təşkil edib və nominal dəyəri 1 manata bərabər olan adi səhmlərə bölünüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət