Azərbaycan Respublikasının Təhsil Nazirliyində 2012-2013-cü dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında müvafiq tədqiqat aparılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bu tədqiqat Bakı şəhərinin 12 rayonunda faəliyyət göstərən ümumtəhsil məktəbləri (ümumtəhsil məktəblərinin nəzdindəki qiyabi qruplar nəzərə alınmayıb), Təhsil Nazirliyinə tabe məktəblər, ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəbləri əhatə edir. Ümumilikdə tədqiqat 336 məktəb haqqında toplanılmış məlumat əsasında hazırlanıb.
2012-2013-cü tədris ilində Bakı məktəblərində (tədqiqata daxil edilmiş) 29651 şagird ümumi orta təhsil səviyyəsi üzrə məzun olub. Bu məktəblər üzrə 227 şagird Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi buraxılış imtahanında iştirak etməyib. 3009 şagird (10,15%) həm ana dili, həm də riyaziyyat fənlərindən “2” qiyməti alıb. Bir fəndən “2“, digərindən “3” qiyməti alanların sayı isə 3915 (13,20%) olub.
Bundan əlavə, hesabatda ən yaxşı və ən pis nəticə göstərmiş Bakı məktəbləri haqqında məlumatlar öz əksini tapıb. Ən aşağı nəticə göstərmiş 50 məktəbdən 17-si Sabunçu rayonunun payına düşür. Siyahıda növbəti yerləri Qaradağ (11), Xəzər (10) və Suraxanı (8) rayonları tutur.
Buraxılış sinifləri yaxşı nəticələr göstərən məktəblərin siyahısına Akademik Zərifə Əliyeva adına tam orta ümumtəhsil məktəbi (198 nəfər), 160 saylı Klassik gimnaziya (145 nəfər), “Zəkalar” liseyi (86 nəfər) Bakı Avropa Liseyi (86 nəfər), 147 saylı texniki-humanitar lisey (76 nəfər), Bakı Dövlət Universitetinin “Gənc istedadlar” liseyi (74 nəfər) və İ.Əfəndiyev adına Elitar gimnaziya (57 nəfər) daxil olub.
Yuxarıda adı çəkilən təhsil müəssisələrinin heç bir şagirdi buraxılış imtahanlarının nəticələrinə görə “iki” qiyməti almayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət