Azərbaycanlı deputatlar ölkənin İranla Naxçıvan Muxtar Respublikası ərazisindəki sərhədində yaranmış ağır vəziyyətlə bağlı narahatlıqlarını bildirirlər.
“Bu gün Naxçıvan MR sakinləri İran rəhbərliyinin yürütdüyü anti-Azərbaycan siyasətinin girovuna çevriliblər”,- deyə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin 2014-cü il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş plenar iclasında bildirib.
Onun sözlərinə görə, İranla sərhədlərin qismən bağlanması ona gətirib çıxarıb ki, azərbaycanlı uşaqlar və qadınlar bu cür siyasətin əsirinə çevriliblər.
“Bu yaxınlarda Rusiyada azərbaycanlı miqrantlara qarşı təqib başlanıb. Bütün bu hadisələr fonunda İran Azərbaycanla Naxçıvan ərazisindəki sərhədlərini bağlayıb”, - deyə o qeyd edib.
Q.Həsənquliyev bildirib ki, Azərbaycan İranla sərhədlərinin açılması üçün beynəlxalq təşkilatlara, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına və BMT-yə müraciət etməlidir.
“Həmçinin diaspora fəaliyyətini gücləndirmək, o cümlədən bu məqsədlər üçün ayrılan maliyyə vəsaitlərini artırmaq lazımdır”,- deyə deputat bildirib.
O, İrandakı Azərbaycan diasporunu passivliyinə görə tənqid edib.
“İranda yaşayan azərbaycanlılar İran hakimiyyətinin Bakıya təzyiq göstərməsinə yol verməmək üçün daha fəal olmalıdırlar”, - deyə deputat vurğulayıb.
Q.Həsənquliyev Azərbaycan əhalisinin İrana meylli olan hissəsini və ölkədə yaşayan İran vətəndaşlarını da tənqid edib.
“Bu vətəndaşlar tez-tez İsrail əleyhinə yönəlmiş aksiyalarda iştirak edir, bu ölkənin bayrağını yandırır, ədalətə dəstək şüarları səsləndirirlər. Bəs nə üçün onlar bu gün İran hakimiyyətinin Naxçıvan əleyhinə yönəlmiş fəaliyyətinə qarşı çıxış etmirlər?”, - deyə o sual verib.
Deputat İqbal Ağazadə Azərbaycan rəhbərliyini Azərbaycan-İran sərhədində yaranmış vəziyyətlə bağlı ciddi addımlar atmağa çağırıb.
“Əgər bu gün yaranmış vəziyyəti həll etməsək, Naxçıvandakı vətəndaşlarımız çox ciddi problemlərlə qarşılaşacaqlar. Dövlət İranın Azərbaycanla sərhədi bağlaması ilə bağlı məsələnin həlli üçün ciddi tədbirlər görməlidir”, - deyə o vurğulayıb.
Milli Məclisin spikeri Oqtay Əsədov deputatları Azərbaycanın qonşu ölkələrlə münasibətlərindəki texniki məqamları şişirtməməyə çağırıb.
“Dövlət lazımi tədbirlər görür, buna görə də dövlətlərarası münasibətlərdəki bəzi məqamları həddindən artıq şişirtməyə ehtiyac yoxdur”, - deyə parlamentin sədri vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət