Rusiyanın hüquq-mühafizə orqanları quldurluğa görə axtarışda olan Azərbaycan vətəndaşı Seymur Məmmədovu respublikaya ekstradisiya ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, S.Məmmədov barəsində Gəncə Şəhər Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən quldurluq) və 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddələri ilə axtarış elan edilib. İstintaq materiallarına əsasən, 2013-cü il aprelin 22-də S.Məmmədov digər şəxslərlə birlikdə bir qadına hücum edərək ona bədən xəsarətləri yetirib və bıçaqla hədələyərək 700 manat pulunu alıb.
Bundan sonra S.Məmmədov RF ərazisində gizlənib. İyul ayında o, RF Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, oktyabr ayında isə Rusiya Baş Prokurorluğu onun Azərbaycana ekstradisiya edilməsi barədə qərar qəbul edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət