Azərbaycanda benzin və dizel yanacağının qiymətlərinin artması mütləq bütün malların və xidmətlərin bahalaşmasına gətirib çıxaracaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bəyan edib.
Xəbər verildiyi kimi, Tarif Şurasının qərarı ilə dekabrın 3-dən Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0,8 manat (əvvəllər 0,6 manat), Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 0,7 manat (əvvəllər 0,55 manat), dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 0,6 manat (əvvəllər 0,45 manat) müəyyən edilib.
“Bir ay əvvəl parlamentdə dövlət büdcəsinin layihəsi müzakirə olunarkən hökumət üzvləri bizi dəfələrlə əmin etdilər ki, onların benzinin qiymətinin qaldırılmasına dair heç bir planları yoxdur. 2014-cü ilin dövlət büdcəsi qəbul edildikdən bir neçə gün sonra benzinin qiyməti artırıldı. Benzinin qiymətinin artırılması bütün ərzaq və qeyri-ərzaq mallarının qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Bu proses artıq başlayıb, lakin onun nəticələri gələn ilin yanvar ayında daha da nəzərə çarpacaq”,- deyə V.Əhmədov qeyd edib.
Onun fikrincə, bu cür münasibət onu göstərir ki, hökumət parlamentin deputatları ilə hesablaşmır.
V.Əhmədov əlavə edib ki, benzinin və dizel yanacağının qiymətlərinin artması prosesini mərhələli şəkildə həyata keçirmək və bununla da əhalinin narazılığının qarşısını almaq olardı.
Komitə üzvü hökumət üzvlərinin benzinin qiymətinin 7 il ərzində sabit qalması ilə bağlı izahını məntiqi hesab etmir.”Bunda qorxulu heç nə yoxdur, qiymətləri 15 il də artırmamaq olardı”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, İqtisadiyyat və Sənaye Nazirliyinin qiymətləndirmələrinə görə, benzin və dizel yanacağının qiymətinin qaldırılmasının inflyasiyaya birbaşa təsiri cəmi 0,35% təşkil edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət