Hökumət üzvləri sosial şəbəkələrə fəal şəkildə inteqrasiya etməlidirlər. Bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bəyan edib.
“Hökumət üzvləri, eləcə də tanınmış ictimai xadimlər vətəndaşlara sosial şəbəkələrə inteqrasiya nümunəsi göstərməlidirlər”, - deyə O.Gündüz “Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, vətəndaşların sosial şəbəkələr vasitəsi ilə məmurlara öz problemlərini söyləyərək onların həllinə nail olmasının zamanı gəlib çatıb. “Məsələn, dövlət başçısının rəsmi “Facebook” səhifəsində vətəndaşlar öz problemlərindən bəhs ediblər. İnternet istifadəçiləri arasında “Facebook”un populyarlığını nəzərə alaraq bu, böyük effekt verib. Lakin nədənsə nazirlər prezidentdən örnək götürmürlər”, - deyə O.Gündüz qeyd edib.
Ekspertin fikirlərini rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da dəstəkləyib. “Bir neçə ay əvvəl hökumət üzvlərinə vətəndaşlarla əlaqə yaratmaq üçün sosial şəbəkələrin imkanlarından fəal istifadə etmək tapşırılıb. Lakin etiraf edirəm ki, heç də bütün məmurlar bu məsələdə fəal deyil”, - deyə Ə.Abbasov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət