Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinə “Təzə Pir” məscidini öz vəsaiti hesabına tikdirmiş Nabat xanım Aşurbəyovanın adını əbədiləşdirməyi təklif edib.
“Gələn il “Təzə Pir” məscidinin 100 yaşı tamam olur. Məscid Nabat xanım Aşurbəyovanın vəsaiti hesabına tikilib. Buna görə də biz onun adının əbədiləşdirilməsini məqəsdəuyğun hesab edirik”, - deyə QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlanmış müvafiq müraciətdə “Təzə Pir” məscidinin yerləşdiyi küçəyə Nabat xanım Aşurbəyovanın adının verilməsi xahiş olunur.
“Təzə Pir” məscidi Nadir şahın qohumu olan Aşur xan Əfşardan başlayan zadəgan Aşurbəyovlar nəslinin nümayəndəsi, neft mədənləri sahibi və xeyriyyəçi Nabat Qoca qızı Aşurbəyovanın ayırdığı vəsait hesabına XX əsrin görkəmli memarı Zivər bəy Əhmədbəyov tərəfindən tikilib. O, pul ayıraraq memarı şərqə, məscidlərin memarlıq üslubu ilə tanış olmağa göndərib.
Məscidin tikintisinə 1905-ci ildə başlanılıb və 1941-ci ildə başa çatıb. Nabat xanımın ölümündən sonra onun işini oğlu Hacı Abbasqulu Rzayev davam etdirib. Nabat xanım və oğlunun məzarları məscidə girişin önündə yerləşir.
“Təzə Pir” məscidi, Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universiteti və digər binaların daxil olduğu kompleks bir müddət Rusiyada da fəaliyyət göstərmiş Türkiyə Kommunist Partiyasının yaradıcısı və sədri, inqilabçı və ateist Mustafa Sübhinin adını daşıyan küçəyə çıxır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət