Dekabrın 21-də Gəncədə “ASAN xidmət” Mərkəzinin açılması planlaşdırılır. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri İnam Kərimov məlumat verib.
“Bu mərkəz Gəncəyə və 1 milyona yaxın əhalisi olan 10 qonşu rayona xidmət göstərəcək”, - deyə İ.Kərimov UNİCEF təşkilatının Azərbaycanda fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbirdə bildirib.
İ.Kərimov tədbir barədə danışarkən qeyd edib ki, onun keçirilməsində əsas məqsəd ictimaiyyəti UNİCEF-in Azərbaycandakı fəaliyyəti, o cümlədən ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən layihələrlə tanış etməkdir.
O bildirib ki, “ASAN xidmət” mərkəzlərində doqquz dövlət qurumunun əsas 25 xidməti, eləcə də 22 funksional xidmət təqdim edilir.
“Bir sıra xidmətlər uşaqların müdafiəsi, xüsusən də onların vətəndaşlığını təsdiq edən sənədlərin verilməsi ilə əlaqədardır”,- deyə İ. Kərimov qeyd edib.
O, həmçinin söyləyib ki, böyüklərin və uşaqların rahatlığı üçün “ASAN xidmət” mərkəzlərində uşaqlar üçün əyləncə guşələri yaradılıb.
Öz növbəsində UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herevard qeyd edib ki, gənc olmasına baxmayaraq, “ASAN xidmət” artıq 700 mindən çox insana xidmət göstərib.
“Əminəm ki, növbəti illərdə biz “ASAN xidmət”lə daha sıx əməkdaşlıq edəcəyik”,- deyə M.Herevard qeyd edib.
Dekabrın 18-də “ASAN xidmət” mərkəzlərinin birində UNİCEF-in Azərbaycanda 20 illik fəaliyyətinə həsr olunmuş fotosərginin açılışı olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət