“BP-Azerbaijan” şirkəti Milli Paralimpiya Komitəsinə (MPK) avtobus və 14 əlil arabası hədiyyə edib. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinin müxbiri cümə axşamı təqdimetmə mərasimindən məlumat verir.
“BP-Azerbaijan” şirkətinin Türkiyə, Azərbaycan və Gürcüstanda xarici əlaqələr üzrə vitse-prezidenti Hüseyn Məmmədov avtobusun açarını MPK-nın vitse-prezidenti Şaiq Həmidova təqdim edib. Mərasim Sumqayıtda federasiyanın idman kompleksində paralimpiyaçı uşaqlar arasında keçirilən idman festivalının final mərhələsinin açılışı çərçivəsində təşkil olunub.
“Bundan sonra bu avtobus gələcək paralimpiya çempionlarına xidmət edəcək”, - deyə Ş. Həmidov hədiyyəni qəbul edərkən bildirib.
“BP-nin öz dəyərləri var. Lakin bizim şirkətimizin paralimpiya hərəkatı ilə bir ortaq cəhəti var – bu, cəsarətdir. Bu dəyər sayəsində özünə inam cəmiyyətin inamına çevrilir və insana istənilən çətinliyin öhdəsindən gəlməyə kömək edir”,- deyə H.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, BP şirkəti İlham Zəkiyev, Afaq Sultanova, Oloxan Musayev və Oleq Panyutin kimi yüksək nailiyyətlər qazanmış qəhrəmanların tərəfdaşı olmaqdan qürur duyur. “Biz bu insanları rəsmi nümayəndələrimiz seçmişik və 2012-ci ildə London Yay Olimpiadasına hazırlıq dövründən başlayan bu tərəfdaşlıqdan qürur duyuruq”,- deyə H.Məmmədov əlavə edib.
O qeyd edib ki, BP və MPK arasında 2012-ci ildə tərəfədaşlığa dair imzalanmış müqavilənin müddəti bu il 2016-cı ilə qədər uzadılıb. “Sazişin müddətini uzatmaqla biz Milli Paralimpiya Komitəsinin 2013-2016-cı illərdə paralimpiya hərəkatının genişlənməsi və inkişafı üzrə Strateji Planının həyata keçirilməsinə dəstək göstərməyi üzərimizə götürmüşük”, - deyə o bildirib.
O, həmçinin paralimpiya çempionlarına gənc nəslə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
İkiqat paralimpiya çempionu İlham Zəkiyev H.Məmmədova müraciət edərək hədiyyəyə görə təşəkkür edib və deyib: “İdmançılar hədiyyəyə görə yalnız yeni qələbələrlə təşəkkür edə bilərlər”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət