“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində ticarət-əyləncə kompleksinin tikintisinə hazırlıq üçün təmizləmə işlərinə başlanılıb. Bu barədə ADEC şirkətinin (Azerbaijan Development Company) məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, 2013-cü il dekabrın 24-də “Ağ Şəhər” layihəsinin təməlinin qoyulmasının iki ili tamam olur.
Layihə prezident İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq olunması haqqında fərmanı çərçivəsində həyata keçirilir və köhnəlmiş neft, maşınqayırma və digər sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılmasını, neftlə çirklənmiş torpaqların təmizlənməsini nəzərdə tutur.
Hazırda “Ekol Engineering” şirkəti tərəfindən təmizləmə işləri həyata keçirilir. Artıq Yaşıl Ada rayonunda təmizləmə işləri tamamilə başa çatdırılıb, layihənin şimal və qərb hissələrində təmizləmə işləri davam etdirilir. Layihədəki ən iri obyektin - ticarət-əyləncə kompleksinin tikintisinə hazırlıq üçün təmizləmə işlərinə başlanılıb.
Məlumatda qeyd edilir ki, Yaşıl Ada rayonu başdan-başa abadlaşdırılır. Fransız üslubunda bir neçə yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir və bura tezliklə ilk sakinləri qəbul etməyə hazır olacaq.
Bundan başqa, Nobel prospektində “Bakı Ağ Şəhər”in ofis binasının tikintisi başa çatır.
24 hektar sahəni əhatə edən Park rayonunun ərazisinin mənimsənilməsi üzrə işlər fəal şəkildə davam etdirilir.
Layihənin şimal hissəsi üzrə işlərə başlanılıb. Babək prospektinə birləşən rayonda çoxfunksiyalı binanın tikintisi həyata keçirilir.
Bundan başqa, Sahil rayonu üzrə işlərə başlanılıb. Burada rahat yaşayış kompleksləri, otellər və ticarət-əyləncə mərkəzi yerləşəcək. Bu rayonda dördulduzlu otelin və ofis mərkəzinin tikintisinə başlanılıb.
Müxtəlif binaların layihələndirilməsi üzərində işlərə yerli mütəxəssislərlə yanaşı, “Atkins”, “UN Studio”, “Structural Engineering Co. Ltd”, “WSP”, “Erginolgu & Calishlar” и “GMG IN/EX” kimi şirkətlər də cəlb edilib. “UN Studio” şirkətinin mütəxəssisləri Nobel prospektində yerləşəcək ticarət-ofis binasının, eləcə də Fəvvarələr meydanında yeləşəcək Ofis binasının tikintisi layihəsinin hazırlanması ilə məşğuldurlar.
Məlumatda bildirilir ki, Nobel prospektində 4 çıxışlı yeni metro stansiyasının tikinti işlərinə başlanılıb. Nobel prospektində yaşıl xətti davam etdirəcək daha bir metro stansiyası tikiləcək.
Yol-nəqliyyat infrastrukturunun strateji inkişaf planına əsasən, Koroğlu metrosundan H.Əliyev prospektini Babək və Nobel, gələcəkdə isə Neftçilər prospektləri ilə birləşdirən yolun tikintisi nəzərdə tutulub.
Eyni zamanda piyadaların rahat və təhlükəsiz hərəkəti üçün 5 yeni yeraltı keçid tikilir ki, onlardan ikisi Xaqani Rüstəmov küçəsində, üçü Neftçilər prospektində yerləşir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət