2014-cü ilin yanvar ayında Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxmərtəbəli yaşayış binasının tikintisinə başlanılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şəhər şöbəsinin rəhbəri Almaz Aşurov məlumat verib.
"İnşa olunacaq binanın layihəsi artıq hazırdır. Vahid bir siyahı müəyyən olunub. O siyahıda 200 nəfərin adı var. İndi tikiləcək bina 112 nəfər üçündür. Bir bina da tikilsə, Gəncə şəhərində bu problem birdəfəlik həll olunacaq”, – deyə A.Aşurov qeyd edib.
12 mərtəbəli bina Yeni Gəncə yaşayış massivində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikiləcək.
“İnşa olunacaq yaşayış binasının qarşısında insanların dincəlməsi üçün istirahət guşəsi, eləcə də uşaqların əylənməsi üçün meydança tikiləcək”, – deyə o bildirib.
Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ilk dəfə 1999-cu ildə 30 mənzilli çoxmərtəbəli yaşayış binası tikilib istifadəyə verilib. 2003-cü ildə 48, 2010-cu ildə 40, 2011-ci ildə 76 və 2013-cü ildə 81 mənzilli yaşayış binaları tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təhvil verilib. Tikilən binalarda 275 ailə yaşayır.
Eyni zamanda Gəncə şəhərində 3 nəfər Qarabağ müharibəsi əlilinə fərdi mənzil verilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət