Çərşənbə axşamı Bakıda HİV-AİDS-in profilaktikası məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə qanunvericiliyə düzəlişlərin hazırlanması layihəsinin rəhbəri Seymur Hüseynov 16 yaşına çatmayan şəxslərin heç kimin razılığı olmadan QİÇS-dən analiz vermələrinə icazə verilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
“Bu gün qanunvericilik normalarına əsasən, 16 yaşına çatmayan şəxslərin valideynlərin razılığı olmadan QİÇS-dən analiz vermək hüququ yoxdur”, - deyə S.Hüseynov bildirib.
Onun sözlərinə görə, müəyyən hallarda QİÇS-dən analiz bu gün olduğu kimi məcburi qaydada deyil, könüllü əsasda verilməlidir.
UNİCEF-in Azərbaycandakı nümayəndəsinin müavini Rəşid Mustafa tədbir zamanı bu məsələdə respublikada vəziyyətin qeyri-sabit olduğunu bəyan edib. “Azərbaycanda QİÇS-lə bağlı vəziyyət yüksək həddə çatmayıb. Lakin bununla belə vəziyyət sabit də deyil. QİÇS-ə yoluxanların sayı artır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda QİÇS-ə yoluxma hallarının 60%-i inyeksiya narkotiklərinin istifadəsi ilə əlaqədardır.
“Əgər biz narkotiklərin yayılmasına qarşı mübarizəyə kifayət qədər diqqət ayırmasaq, o zaman Azərbaycanda mövcud olan heç bir ən müasir laboratoriya və klinikalar kömək etməyəcək. Beynəlxalq təşkilatların statistik məlumatlarına əsasən, Azərbaycanda 70 min nəfər narkotiklərdən istifadə edir, hökumətin məlumatına görə isə onların sayı 28 min nəfər təşkil edir”, - deyə o qeyd edib.
16 yaşına çatmayan şəxslərin valideynlərin razılığı olmadan QİÇS-dən analiz verməsi məsələsinə toxunan R.Mustafa vurğulayıb ki, yeniyetmənin valideynlərinə yaxınlaşaraq analiz üçün razılığı imzalamağı xahiş etməsi ilə bağlı vəziyyəti təsəvvür etmək çətindir. Bununla əlaqədar o, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının xüsusi rolunu qeyd edib.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə əmindir ki, bu məsələdə vəziyyətin daha da mürəkkəbləşməsini gözləmək olmaz.
“Mən parlamentdə QİÇS-lə bağlı qanun qəbul etməyi təklif edəndə hər kəs təəccüblənmişdi. Hesab edirdilər ki, Azərbaycanda vəziyyət kritik həddə deyil və belə qanunun qəbuluna zərurət yoxdur. Lakin mən əmin idim ki, qanun qəbul etmək üçün vəziyyətin mürəkkəbləşməsini gözləmək olmaz”, - deyə o qeyd edib.
O, yetkinlik yaşına çatmayanların valideynlərin razılığı olmadan QİÇS-dən analiz verməsi təklifinə toxunaraq qeyd edib ki, bu məsələ parlamentdə müzakirə olunacaq.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev vurğulayıb ki, çoxları hesab edirlər ki, tərbiyəli ailədə QİÇS-ə yoluxan şəxs ola bilməz.
“Təcrübə göstərir ki, yaxşı ailələrdə də narkomanlar və QİÇS-ə yoluxan şəxslər var. Bundan heç kim sığorta olunmayıb”, - deyə o qeyd edib.
İ.Babayev hesab edir ki, mentalitet nəzərə alınmaqla dərin psixoloji yanaşma lazımdır. “Mən heç vaxt QİÇS-ə yoluxmayacağam” deyə düşünmək olmaz, çünki bu, yalnız nizamsız cinsi əlaqələr və inyeksiya narkotiklərinin istifadəsi ilə əlaqədar deyil. İnsan tibbi personalın səhlənkarlığının da qurbanı ola bilər”, - deyə o əlavə edib.
Dəyirmi masa Gənclər və İdman Nazirliyi, UNİCEF-in dəstəyi və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə keçirilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət