Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi altında nümayəndə heyəti Polşa Elmlər Akademiyasının (PEA) Geologiya İnstitutunda olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da daxil olub.
Görüşdə Polşa tərəfi ilə gələcək əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub. Birgə tədqiqatların həyata keçirilməsi, kadr hazırlığı, təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə qərar qəbul edilib.
Bundan başqa, nümayəndə heyəti institutun strukturu, laboratoriyaları, aparılmış tədqiqatlar və beynəlxalq layihələrdə əməkdaşların iştirakı haqqında məlumatlandırılıb.
A.Əlizadə Polşa nümayəndə heyətini Azərbaycanın palçıq vulkanları ilə tanış olmağa, həmçinin bu gün Azərbaycanda prioritet məsələ olan kadr hazırlığının yüksək səviyyədə təşkili məqsədilə təcrübə mübadiləsi proqramlarının hazırlanması üçün AMEA Geologiya İnstitutuna dəvət edib.
Azərbaycanlı alimlər Polşanın Nüvə Kimyası və Texnologiyası İnstitutunun direktoru Andrey Xmiyelevski, MAQATE ilə Əməkdaşlıq Mərkəzinin direktoru Jimek Zbiqniyev və Voytsex Qluşevski ilə də görüşüblər.
Görüş zamanı institutun nüvə təhlükəsizliyi, radiasiya tədqiqatları, nüvə səhiyyəsi sahəsində ən yeni texnologiyalar, üsullar və nailiyyətlər təqdim olunub. AMEA-nın MAQATE-nin müxtəlif layihələrində iştirakı, mədəni irs obyektlərinin qorunması, diaqnostikası və konservasiyası məqsədilə müzakirələr aparılıb.
AMEA-nın prezidenti mərkəzin laboratoriyaları ilə tanış olub və 2014-cü ildə Varşavada keçiriləcək beynəlxalq konfransda iştirak etmək dəvəti alıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət