Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov 2013-cü ilin Azərbaycan üçün uğurlu olduğunu hesab edir.
“2013-cü ilin ən vacib hadisələrindən biri prezident seçkiləri oldu”, - deyə Ə. Həsənov çərşənbə axşamı Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən təşkil edilmiş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə jurnalistlər arasında keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.
Ə.Həsənovun sözlərinə görə, prezident seçkiləri İlham Əliyevin respublikaya 10 illik rəhbərlik dövrünün özünəməxsus yekunu oldu.
“2013-cü ildə keçirilən seçkilər azərbaycanlı seçicilərin növbəti dəfə etimad göstərdiyi İlham Əliyevin üçüncü prezidentlik müddətinin başlanğıcı oldu”,- deyə o qeyd edib.
Ə.Həsənov “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”nin reallaşdırılması ilə bağlı qərar qəbul edilməsini də Azərbaycan üçün taleyüklü hadisə adlandırıb və bu hadisənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını bildirib.
“2014-cü ildə bizi mühüm hadisələr və yeni uğurlar gözləyir. Biz ölkəmizin gələcək inkişafını gözləyirik. Azərbaycan 2014-cü ildə əsas sosial məsələlərin həllini, eləcə də digər sahələrin inkişafını qarşıya məqsəd qoyub”,- deyə o vurğulayıb.
Ə.Həsənov jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasının vacib olduğunu söyləyərək, bunu dövlətin mühüm vəzifəsi adlandırıb.
“Həm Heydər Əliyev, həm də İlham Əliyev jurnalistlərin fəaliyyətinə böyük əhəmiyyət veriblər. Bu, cəsarət və peşəkarlıq tələb edən çox məsuliyyətli və ağır işdir”, - deyə o qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət