Dekabrın 27-də Heydər Əliyev Mərkzində Heydər Əliyev Fondu və “Baku” jurnalının birgə təşkilatçılığı ilə “Fly to Baku. Müasir Azərbaycan İncəsənəti” sərgisinin rəsmi açılış mərasimi keçiriləcək. Bu barədə mərkəzin saytında məlumat verilir.
Sərgidə rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 100-dən artıq əsəri nümayiş etdiriləcək. Əsərlərin əksəriyyəti məxsusi olaraq bu layihə üçün işlənilib.
Layihənin ideya müəllifi, H.Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin kataloqu üçün yazdığı ön sözdə qeyd edib ki, sərginin təşkilində əsas hədəf insanların həyata baxışı, bədii-estetik münasibəti, təsəvvür və təxəyyülünün müxtəlifliyindən irəli gələrək fərqli cəhətlərə malik müasir incəsənətin Azərbaycandakı inkişafını dünya ictimaiyyətinə təqdim etmək, eyni zamanda müasir incəsənət vasitəsi ilə Azərbaycanın bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açmaq idi: “Bu gün qürurla deyə bilərik ki, biz bu missiyanın öhdəsindən uğurla gəldik”, - deyə saytda L.Əliyevanın sözlərindən sitat gətirilir.
“London, Paris, Berlin, Moskva, Roma, Vyanada keçirilən sərgi nəhayət Bakıda təşkil olunacaq. Sərgidə insanların daxili aləminə nüfuz etmək bacarığı ilə müxtəlif janrlarda maraqlı əsərlər yaradan sənətkarların emosional təsiri ilə fərqlənən, rənglərinin təzadı və oynaqlığı, yaradılma texnikası ilə insanları valeh edən kompozisiyalarını, Azərbaycanın müasir incəsənət dünyasının bir hissəsini nümayiş etdirdik”, - deyə o qeyd edib.
L.Əliyeva, həmçinin Azərbaycanın müasir incəsənətinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərən bu sərginin ənənələrlə zəngin Azərbaycan incəsənətinə yeni töhfələr verəcəyinə əmin olduğunu bildirib.
Sərginin kuratoru Erve Mikaeloff vurğulayıb ki, bu layihə izləyicilərə Azərbaycanın yeni yaranan və böyük perspektiv vəd edən müasir incəsənətinin zənginliyini tam dəyərləndirmək imkanı verəcək.
Sərgi martın 1-dək davam edəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət