Azərbaycanda ölüm səviyyəsi 5,9 promilə düşüb. Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev hakim Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə bildirib.
"Son 10 il ərzində Azərbaycanda demoqrafik vəziyyət yaxşılaşıb. Belə ki, doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 18,6-a qalxıb, ölüm isə 6,0-dan 5,9-ə düşüb. Təbii artım 7,9-dan 12,7-dək yüksəlib”,- deyə o qeyd edib.
“Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 669 milyon manat təşkil edir. 2014-cü il üçün 725 milyon vəsait nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 8%-dən çox artım deməkdir”,- deyə nazir müavini söyləyib.
“Son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılıb. Onların təxminən 70%-i regionların payına düşür. Bundan əlavə, ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzi də yaxın günlərdə istifadəyə veriləcək”, - deyə o əlavə edib.
E.Ağayevin sözlərinə görə, 2013-cü ildə əhaliyə göstərilən tibbi xidmətin həcminin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş və budcədən maliyyələşdirilən dövlət proqramlarının icrası məqsədilə 80,1 milyon manat vəsait sərf olunub. 2014-cü ildə 86,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət