Gəncədə “Gəncə - 2016-cı il üçün Avropanın Gənclər paytaxtı” layihəsinin təqdimat mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan agentliyinin regional bürosu məlumat verir.
“Gəncənin MDB-yə üzv ölkələri arasında Avropanın Gənclər paytaxtı elan olunması sübut edir ki, Avropa Azərbaycanın yürütdüyü gənlər siyasətini yüksək qiymətləndirir”, - deyə gənclər və idman naziri Azad Rəhimov təqdimat zamanı bəyan edib.
2016-cı il üçün həyata keçiriləcək tədbirlər planına uyğun olaraq “Gəncə-Avropa Gənclər paytaxtı” İctimai Birliyi, yerli, milli və Avropa komitələri təsis olunacaq.
Bundan başqa, 18 beynəlxalq, 25 yerli layihə həyata keçiriləcək. 2015-ci ilin dekabrında Avropanın Gənclər paytaxtı titulu Gəncə şəhərinə təqdim olunacaq.
Gəncədə bir sıra sosial obyektlər istifadəyə verilib. Xüsusilə yaradıcılıq mərkəzinin açılışı olub. Açılış mərasimində bildirilib ki, uşaq yaradıcılıq mərkəzində 16 adda 56 qrup fəaliyyət göstərir. Bu qruplarda 1 minə yaxın şagird dərsdən sonra müxtəlif dərnəklərdə məşğul olur.
Bundan əlavə, əsaslı təmirdən sonra iki orta məktəb istifadəyə verilib. Burada şagirdlərin keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət