Milli Məclisin cümə günü keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləyə “Uşaqların icbari dispanzerizasiyası haqqında” qanunun pozulması hallarına görə cəza tətbiq edilməsini nəzərdə tutan düzəlişləri qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Düzəlişlərə əsasən, uşağın qanuni nümayəndəsi dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsinə və ya daimi yaşayış yerini dəyişdirdikdə bir ay müddətində ərazi üzrə tibb müəssisəsində uçota alınmamasına görə xəbərdarlıq edilir və ya 20 manat miqdarında cərimə edilir.
Bundan başqa, “Uşaqların icbari dispanzerizasiyası haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki şəxslər 25 manat, vəzifəli şəxslər 50 manat, hüquqi şəxslər isə 100 manat miqdarında cərimə edilir.
Milli Məclis 2013-cü il martın 5-də “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunu qəbul edib. Qanun uşaqların ildə bir dəfədən az olmayaraq dövlət hesabına icbari dispanserizasiyadan keçirilməsini nəzərdə tutur.
Qeyd olunan qanun uşaqların sağlamlıq vəziyyətindən asılı olaraq differensial sağlamlıq-müalicə tədbirlərinin tətbiqi ilə uşaqların planlı, kompleks və sistemli icbari dispanserizasiyasını, eləcə də bütün uşaqların icbari dispanserizasiyadan keçməsinin təmin edilməsini nəzərdə tutur.
Dövlət uşaqların illik tibbi müayinəsi; müayinədən keçəcək uşaqların registrinin yaradılması və aparılması; müvafiq dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi; uşaqar arasında xəstəliklərin səbəblərinin aşkar edilməsi; xəstəliklərin müalicəsi üzrə sosial, sanitar-gigiyenik, epidemioloji və müalicə-sağlamlıq tədbirlərinin reallaşdırılması; müxtəlif xəstəliklər riski ilə üzləşən uşaqların müalicə-diaqnostik müayinəsinin təmin edilməsi ilə bağlı öhdəliklər götürür.
Valideyn himayəsindən məhrum olmuş, məhdud fiziki imkanlı, islah-əmək müəssisələrində cəza çəkən uşaqların dispanserizasiyası müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi xüsusi qaydalara uyğun həyata keçiriləcək.
Müvafiq icra hakimiyyəti orqanları hər uşağın fərdi qaydada dispanserizasiyası üçün xərcləri müəyyən etməlidir.
Uşaqların icbari tibbi müayinəsi onların qanuni nümayəndələrinin razılığı ilə həyata keçirilməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət